Hava hücumundan müdafiə sistemlərinin özləri də tezliklə köçürüləcək.
Elchi.az DPA xəbər agentliyinə istinadən xəbər verir ki, Almaniya yaxın vaxtlarda Polşaya yerləşdiriləcək “Patriot” zenit-raket komplekslərinə texniki xidmət göstərən mütəxəssislərin köçürülməsinə başlayıb.
“Bundesver öz Patriot sistemini Polşaya yerləşdirməyə başlayıb. İlk əsgərlər bu gün Bad Sylzedən (Meklenburq-Qərbi Pomeraniya) yola düşməlidir”, – agentlik departamentdəki mənbələrə istinadən bildirib.
Yaxın bir neçə gündə hava hücumundan müdafiə sistemlərinin özləri də yenidən yerləşdiriləcək, DPA yazıb.
Bundan əvvəl məlum olub ki, Ukrayna hərbçiləri Almaniyada “Patriot” hava hücumundan müdafiə sistemlərini idarə etmək üçün təlim keçəcəklər. Bu barədə mediaya anonim amerikalı məmur məlumat verib.
Həmçinin daha əvvəl ABŞ dövlət katibi Entoni Blinken Patriot hava hücumundan müdafiə sisteminin Amerikanın Ukraynaya yeni yardım paketinə daxil edildiyini açıqlamışdı. ABŞ həmçinin Kiyevə 1,85 milyard dollar məbləğində əlavə hərbi yardım ayıracaq.
Şayəstə






