"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İrəvan Zəngəzur dəhlizini açmaq istəmirsə… – Razuvayev

17 Yanvar 2023 - 14:09
in SİYASƏT

Paşinyan Ermənistanda rəngli inqilabın köməyi ilə hakimiyyətə gəlib. İstənilən rəngli inqilab isə həmişə Qərbə və antirusiya dairələrinə bağlıdır. Deyirdilər ki, İrəvan Rusiyadan çox asılı olduğundan ikinci Ukrayna ola bilməz. Ancaq görürük ki, nəticə fərqlidir. Qərb Ermənistanı Rusiyadan qoparmağa çalışır, bunun üçün isə Fransa və ABŞ diasporlarının dəstək verdiyi erməni millətçiyindən yararlanır. Kreml İrəvanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı pozmağa çalışmasından narazıdır, xüsusilə ötən il Rusiya ilə Qərb arasında alovlanan və davam edən şiddətli münaqişə fonunda. Ermənistan öz öhdəliklərini yerinə yetirmir. İrəvan nəyisə yaxşılığa doğru dəyişə biləcəyi ümidi ilə prosesi ləngidir. Rusiyaya indi, yumşaq desək, heç bir münaqişə lazım deyil. Amma Ermənistan Cənubi Qafqazdakı vəziyyəti nə qədər sarsıtsa, Rusiyaya qarşı kobud davransa, bir o qədər də Rusiya və Azərbaycan birliyi güclənəcək. Kreml Bakı ilə İrəvan arasında münaqişənin həmişəlik qapanmasında maraqlıdır. Əgər Azərbaycan müharibədə qalib gəlibsə və o, daha güclüdürsə, biz bu nəticəyə köklənirik. Burada “Ağıllı ilə uduzmaq axmaqla birlikdə nəsə tapmaqdan yaxşıdır” məntiqi işləyir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu Rusiyanın tanınmış siyasi şərhçisi Aleksandr Razuvayev “Moskva-Bakı”ya açıqlamasında deyib.

“Rusiyanın maraqları, əsasən də iqtisadi maraqları onu türk dünyası ölkələri ilə əməkdaşlığa sövq edir. İlk növbədə Türkiyə və Azərbaycanla. Azərbaycan Rusiya üçün mühüm tranzit dövlətdir. Azərbaycanın Rusiyada bir dövlət kimi statusu yüksəlir, səbəbsiz deyil ki, Moskva ötən il Bakı ilə müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə imzalayıb. Bakı Kremlin Cənubi Qafqazdakı və Belarusdan sonra MDB-də əsas müttəfiqidir. Bildiyiniz kimi, Azərbaycan və Rusiya liderlərinin münasibətləri əladır. Rusiya maraqlarını Ermənistan naminə qurban verməyəcək. Göründüyü kimi, hətta erməni lobbisinin Rusiyadakı proseslərə təsiri də azalıb. Laçın yolundakı vəziyyət də Rusiyanın bu məsələdə Bakını anlamaq mövqeyində dayandığının sübutudur. Azərbaycan bunu obyektiv səciyyələndirir: Ermənistan Laçın yolundan hərbi yüklərin daşınması, mədən hasilatı üçün istifadə edib. İrəvan üçtərəfli bəyanatda qeyd olunsa da, Zəngəzur dəhlizini açmaq istəmir. Yaxşı, Zəngəzur dəhlizini istəmirsənsə, o zaman Laçın yolunun dəhliz statusu olmayacaq. İlham Əliyev bunu dəfələrlə bildirib. Moskva bunu başa düşür. Ermənistan hər zaman başağrısı yaradır. Rusiya isə XİN səviyyəsində bəyan etdi ki, Qarabağdakı yataqlar ətrafında vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin tərkib hissəsidir və bütün məsələlərin yekun həlli yalnız sülh sazişinin imzalanması ilə tapıla bilər. Ermənistan informasiya və siyasi məkanda Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı qalmaqal yaradır. İrəvan hakimiyyətdə kimin olmasından asılı olmayaraq, yenidən sevimli kartını – “qurban rolunu” oynayır. Və bu prosesdə əsas beynəlxalq platformalardan istifadə edərək informasiya xarakterli hücumlar edir. İrəvan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə təqdim etməyə çalışır ki, guya Azərbaycan Qarabağda bütün erməniləri “öldürür”, hər şey dəhşətlidir. Bütün bunlar siyasi manipulyasiyalardır. Oturuşmuş dövlətlər belə davranmırlar. Azərbaycan sülh, Ermənistan isə qalmaqal istəyir. Bu qalmaqal Ermənistan üçün yaxşı heç nəyə gətirib çıxarmayacaq”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şoyqu: 2023-2026-cı illərdə orduda genişmiqyaslı dəyişikliklər aparılacaq

Next Post

Hikmət Hacıyev israilli diplomatlarla görüşdü

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Hikmət Hacıyev israilli diplomatlarla görüşdü

Hikmət Hacıyev israilli diplomatlarla görüşdü

Hesablama Palatası Naxçıvanda yoxlamalar aparacaq – RƏSMİ

Hesablama Palatası Naxçıvanda yoxlamalar aparacaq - RƏSMİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.