"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazir Yevlaxda 5 rayon və şəhərin sakinləri ilə görüşüb

18 Dekabr 2014 - 23:26
in MANŞET

Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərindəki çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq Azərbaycan Respublikasının ərazü 10428694_786262854766085_4060309141833706958_nbütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşununu müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə verilməsi üçün sənədləşmə işləri artıq yekunlaşıb və yaxın günlərdə bu prosesə start verilməsi nəzərdə tutulur. 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslər qarşıdakı 4 il ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin olunacaqlar. Bu barədə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də Yevlax rayonunda, bu rayonun və Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy və Ağdaş rayonlarının sakinlərini qəbul edərkən məlumat verib. Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən aparılan bu işlər çərçivəsində hazırda 52 rayonda 353 ədəd fərdi evin inşa edildiyi də bildirilib.
Qəbul zamanı müraciətlər əsasən mənzil və minik avtomobilləri, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələləri əhatə edib. Əmək hüquqlarının təminatı, ünvanlı dövlət sosial yardımı və əlillik təyinatı ilə bağlı müraciətlər isə azlıq təşkil edib.
S.Müslümov nəzərə çatdırıb ki, cari ilin əvvəlinədək növbədə dayanan müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin (ümumilikdə 1453 nəfər) qısa müddətdə bir nəfər kimi avtomobillə təmin olunması, nəqliyyat vasitəsi ilə bağlı müraciətlərin artmasına səbəb olub. Lakin burada qanunvericiliyin tələblərinə ciddi riayət olunur və il ərzində müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib. Bu sahədə şəffaflığın təmin olunması üçün tibbi göstəriş əsasında növbəyə dayanan şəxslər dərhal nazirliyin rəsmi internet saytındakı müvafiq növbəlilik siyahısına daxil edilir və 2015-ci ildə bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək. Nazir bildirib ki, ümumiyyətlə, əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas əhali kateqoriyalarının sosial müdafiəsinin aktiv vasitələrlə dəstəklənməsi, onların səmərəli məşğulluğunun təmin olunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi yönündə də fəaliyyət gücləndiriləcək.
Qəbulda S.Müslümov hər bir müraciətdə əksini tapan məsələlərin diqqətlə araşdırılması və ədalətli həlli ilə bağlı nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Həmçinin nazir tərəfindən verilən müvafiq göstərişlərə əsasən, ayrı-ayrı vətəndaşların reabilitasiya vasitələri, məşğulluqlarının təminatı, nazirliyin bərpa mərkəzlərində müalicə kursuna qəbul edilmə, peşə hazırlığına cəlb olunma və s. üzrə müraciətləri elə yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyatı qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula yazılmış vətəndaşların xüsusi ayrılmış nəqliyyatla Yevlax rayonuna aparılıb gətirilmələri təmin olunub.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərbaycan Milli Dilini Müdafiə” komitəsinin rəhbəri haqqında bilmədiklərimiz…

Next Post

Çörçilin əsəri

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Çörçilin əsəri

Daha bir avtomobil brendi rublun qurbanı oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.