Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk bildirib ki, ABŞ İraq ordusuna məsləhətçi kimi fəaliyyət göstərməyə davam edəcək.
Elchi.az xarici mediaya istinadən bildirir ki,İraq Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən açıqlamaya görə, Makqurk paytaxt Bağdada səfəri çərçivəsində baş nazir Məhəmməd Şia es-Sudani ilə görüşüb.
İki ölkə arasındakı münasibətlərin və xalqların maraqlarının müzakirə edildiyi görüşdə Makqurk ABŞ-ın Sudanın rəhbərlik etdiyi İraq hökumətinə dəstəyini davam etdirəcəyini bildirib.
İraq hökumətinin uğurlarına diqqət çəkən Makqurk ABŞ-ın DEAŞ terror təşkilatı ilə mübarizədə İraq ordusuna məsləhət dəstəyi verməyə davam edəcəyini deyib.
İraqın xarici işlər naziri Fuad Hüseynin ABŞ-a səfər edəcəyini xatırladan Makqurk, Ağ Evin Strateji Çərçivə Sazişi Yüksək Koordinasiya Komitəsinin iclaslarında iştirak etmək üçün Hüseynin ABŞ-a səfərindən məmnun olduğunu bildirib.
ABŞ-da yerləşən Wall Street Journal (WSJ) qəzetinin məlumatına görə, Sudani DEAŞ-la mübarizədəki əhəmiyyətinə görə İraqda ABŞ əsgərlərinin mövcudluğunu müdafiə edir və bu qoşunların ölkədən çıxarılması üçün dəqiq bir tarix yoxdur.
Yeganə





