ANS PRESS-in məlumatına görə, qəzada şəhərdaxili ictimai nəqliyyat kimi fəaliyyət göstərən “Sultanahmet” adlı dəniz avtobusu (İDO) ilə boğazdan tranzit keçid edən “Tanais Dream” adlı yük gəmisi toqquşub.
Qəza nəticəsində “Sultanahmet” gəmisində olan sərnişinlərdən biri yüngül xəsarət alıb, hər iki gəmiyə maddi ziyan dəyib.
Qəza zamanı su dolması hadisəsi baş vermədiyindən gəmilər yollarına davam ediblər.










