Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Rusiya hakimiyyətini müxalifətçi Aleksey Navalnını dərhal azad etməyə çağırıb.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətinin müxalifətçinin həbsinin 2-ci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd olunub.
Buriç xatırladıb ki, Avropa İnsan Haqları Məhkəməsi Aleksey Navalnının azadlığa buraxılması barədə qərar qəbul edib, lakin müxalifətçi hələ də həbsdədir. Avropa Şurasının baş katibi Navalnının həbsdə vəhşicəsinə rəftara məruz qalması xəbərlərindən narahatlığını bildirib:
“Rusiya hakimiyyətini təcili olaraq ona lazımi tibbi yardım göstərməyə çağırıram”.
Qeyd edək ki, Aleksey Navalnı Vladimir vilayətinin 6 saylı Melexovo koloniyasındadır. Yanvarın əvvəlində onun vəkili Vadim Kobzev siyasətçinin səhhətinin pisləşməsi barədə məlumat verib.
Yeganə





