Pakistanın Peşaver şəhərindəki məktəb qırğınını törədən Taliban terroristlərinin komandirləri ilə danışığı ortaya çıxıb. Terrorçular komandirdən- “Uşaqları öldürdük, indi nə edək?”,- deyə soruşublar.Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Ordu Cəmiyyət Məktəbi bombalanıb və məktəbdə törədilən terror nəticəsində 148 nəfər ölüb, onların da 132-si uşaqdır.
Təhlükəsizlik rəsmisinin verdiyi xəbərə görə, terrorçular arasında reallaşan son danışıqlar hücum sonuna qədər onların Əfqanıstandakı Taliban rəhbərləri ilə əlaqədə olduğunu göstərir. Telefon çıxışında “Konfrans salonundakı bütün uşaqları öldürdük. İndi nə edək?”,- deyə terrorçular soruşublar. Avab isə belə olub: “Əsgərlərin gəlməsini gözləyin. Onları öldürün, sonra özünüzü öldürün”. Taliban başçılarının “kiçik uşaqları öldürməyin” əmrinə baxmayaraq, qırğında beş yaşlı qız da öldürülənlər sırasındadır.



