Bu gecə, saat 01:30 radələrində Ermənistanın Göyçə mahalının Azad kəndi yaxınlığında yerləşən hərbi hissələrindən birində yanğın baş verib, nəticədə 15 əsgər ölüb, 3-ü yanıq xəsarətləri alıb.
Elchi.az xəbər verir ki, yanğının Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Azad kəndi ərazisində yerləşən mühəndis-istehkamçı rotasının sığınacağında olduğu bildirilir.
Yanğın baş verən hərbi hissə Azərbaycan sərhədinə yaxın ərazidə yerləşir.
Yanğının hansı səbəbdən baş verdiyi haqda heç bir məlumat yoxdur.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...






