"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ölkədə neft və benzin istehsalı azalıb

19 Dekabr 2014 - 15:09
in İQTİSADİYYAT
img1706468Bu ilin 11 ayının göstəricilərinə görə, emal sənayesində 7 milyard manatlıq məhsul istehsal olunub.
“Bizim Yol” qəzetinin yazdığı xəbərə görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. Doğrudur, bu sahədə artım qeydə alınsa da, bəzi sektorlar üzrə istehsalatda ciddi azalmalar müşahidə edilməkdədir. Xüsusilə neft məhsullarının emalında əhəmiyyətli azalma göstərilir.
Beləliklə, qeyri-neft emalı sənayesində xüsusi artım içki və tütün məhsullarının istehsalında hiss olunur. Çox maraqlıdır ki, bu sahədə həm də idxalda artım yüksəkdir. Belə aydın olur ki, ölkədə tütündən istifadəçilərin sayı çoxalır. Beləliklə, bu ilin on bir ayında içki istehsalında 9.1 faiz, tütün məmulatlarının istehsalında 1.8 dəfə artım baş verib.
Dəri və dəri məmulatları, ayaqqabı, kağız və karton, əczaçılıq məhsulları, kompüter və digər elektron avadanlıqları və sair sahələrdə məhsul istehsalında əhəmiyyətli azalma müşahidə edilməkdədir. Misal üçün bildirək ki, geyim istehsalında 65 faiz, toxuculuq sənayesində 6,7 faiz, ayaqqabı və dəri istehsalında 50,8 faiz azalma baş verib.
Dövlət Statistika Komitəsinin və Dövlət Gömrük Komitəsinin məlumatlarında, əsasən deyə bilərik ki, paradoksal məqamlardan biri də qida məhsullarının həm istehsalında, həm idxalında artımın olmasıdır. Məsələn, ət, pendir və kəsmik, kərə yağı, buğda, tütün məmulatlarının həm istehsalında, həm də idxalında artım müşahidə edilir. Tələbatın artmasını heç də əhalinin alıcılıq qabiliyyəti ilə izah etmək olmaz. Çünki Dövlət Statistika Komitəsinin statistikasına görə, əhalinin ümumi gəlirlərində 4 faizlik artım baş verib. Lakin bu artım istehlak xərclərinə təsir göstərməyib. İnsanların qazanclarının 69,5 faizini istehlaka yönəltməsi aşağı təbəqənin gəlirlərinin artmamasından xəbər verir. İqtisadi prinsiplərlə yanaşdıqda, insanlar gəlirlərinin böyük hissəsini qidalanmağa ayırırsa, demək ki, qazancları azalıb, qiymətlər isə bahalaşıb.
Neft məhsullarının istehsalına gəlincə, Dövlət Neft Şirkətinin hasil etdiyi neftin istehsalının həcmi 2,4 milyard manat olub. Bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 6.8 faiz azdır. Əhəmiyyətli azalma isə avtomobil benzininin istehsalında özünü göstərir. Belə ki, ilin on bir ayında 1,1 milyon ton benzin  istehsal olunub ki, bu da ötən illə müqayisədə 14 faiz aşağıdır.
Ölkəmizə yatırılan sərmayələrə gəlincə, ilin 11 ayında bütün maliyyə mənbələrindən əsas kapitala 14,6 milyard manat vəsait yönəldilib. Onun dörddə üç hissəsi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Ümumi sərmayənin 51,7 faizi dövlət, 48,3 faizi özəl sektorun payına düşür.

 

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hava yağmursuz olacaq

Next Post

Telman İsmayılov Putinin işlər müdiri ilə yeyib-içməkdə…

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Telman İsmayılov Putinin işlər müdiri ilə yeyib-içməkdə...

Bakıda sürücü polis maşınının şüşəsini təpiklə sındırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.