"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Akopyan məsciddə: Bütün dünya şiələri gördü ki…

22 Yanvar 2023 - 13:00
in SİYASƏT

Ermənistandan gələn Annanı Qum şəhərində məcsidə və Fatimeyi-Məsumənin qəbrinə aparan mollalar Paşinyanın heç xristianlığa belə doğru-dürüst uğyun gəlməyən qriqorian arvadını ümməti-İslam edib cənnətəmi göndərmək istəyirlər, yoxsa onlar üçün Azərbaycanla düşmənçilik o həddə çatıb ki, İslamı təhqir edən, Allahın evində donuz saxlayanların Məsumənin qəbrinə aparmaqla da ürəkləri soyumur?!
İndi biz Fatimənin məsumluğunu ləkələyən mollaların şiəliyinəmi inanaq, yoxsa Annaya verdikləri cənnət “biletinəmi”?!
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın İran səfəri və səfər çərçivəsində baş verənlər molla rejiminin İslam təəssübkeşliyini də, Əhli-Beyt eşqini də yenidən şübhə altına saldı. Məsələ Tehranda keçirilən “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi”nə Annanın dəvət olunması deyil, məsələ Ermənistandan Paşinyanın həyat yoldaşının dəvət olunması, ona göstərilən diqqət və şiələrin müqəddəs məkanlarına ziyarətidir. Mollalar deyə bilər ki, Annanın başqa dinə mənsub olması onun məscidə getməsinə mane olmamalıdır.
Xub. Axı Allahın evinə aparılan bu qonaq Allahın evinin təhqir olunduğu, İslam mirasını məhv edən ölkədən gəlir. Azərbaycan torpaqları işğal altında olarkən oradakı İslam irsini məhv edən, məscidlərdə donuz saxlayan da bunlardır, İrəvan da daxil olmaqla Azərbaycanın tarixi torpaqlarında İslam adına nə varsa hamısını məhv edən, Yer üzündən silən də. İndi İran rejimi Ermənistandan gələn “əziz qonağı” Qum şəhərində məscidə aparır, azərbaycanlılar da daxil olmaqla şiə dünyasından gələn zəvvarların müqəddəs hesab etdiyi məkanları gəzdirir, Fatimeyi-Məsumənin qəbri üstündə “həmrəylik” pozu verirlər.
Və Fatimənin məsumluğunu da, Allahın evini də, şiələrin müqəddəs məkanlarını da Azərbaycan düşmənçiliyinə və rejimin imperiya siyasətinə qurban verirlər. Ki, İran rejiminin gerçək xisləti də əslində bundan ibarətdir. Sadəcə, 30 il ərzində bunu az da olsa gizlədə bilmişdilər, 44 günlük müharibədən sonra isə nəinki gizlətmir, nümayiş etdirməkdən həzz alırlar.
Anna Akopyanı İranın birinci xanımı Cəmilə Ələmolhoda qəbul edir, İbrahim Rəisinin də iştirak etdiyi tədbirin baş köşəsində əyləşdirir, Allahın evinə aparır, Fatimeyi-Məsumənin qəbrini ziyarət etdirirlər.
Sonra da Akopyan Tehranda iştirak etdiyi tədbirdə 44 günlük müharibədən danışaraq, Azərbaycanı ittiham edir, hazırda Laçın yolundakı aksiyanı “humanitar fəlakət”lə müqayisə edir, bir sözlə, şiələrin müqəddəs məkanından çıxıb bizi günahlandırır. Mollalar da bundan feyziyab olurlar.
Təəccüblə qarşılanmamalıdır, bu, molla rejiminin artıq gizlətmək istəmədiyi gerçək üzüdür. Hazırda Ermənistan və İranı qardaşlaşdıran Azərbaycan düşmənçiliyinin həzzini doya-doya yaşayırlar. Amma və lakin…
Bütün bunlar İran rejimi üçün nə İslamın, nə də Əhli-Beytin heç bir dəyərinin olmadığını növbəti dəfə ispat etdi. Bütün şiə dünyası gördü ki, molla rejimi İslamı da, Əhli-Beyti də siyasətə, maraqlarına asanlıqla satır, hətta Həzrəti Fatimənin məsumluğundan da istifadə edir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda yataqxanada yanğın oldu

Next Post

Polisi sevdirən ADAM…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Polisi sevdirən ADAM…

Polisi sevdirən ADAM...

Rusiyada 5729 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

Rusiyada 5729 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.