"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Polisi sevdirən ADAM…

22 Yanvar 2023 - 13:08
in GÜNDƏM

“POLİS” yunan sözüdür. Mənası şəhər, dövlət deməkdir. Bir vaxtlar qədim Yunanıstanın hər şəhəri müstəqil dövlət olub. Bu dövlətlərin özünəməxsus sosial-iqtisadi və siyasi quruluşu vardı. Polis torpaq sahibləri ilə müxtəlif sənət və peşə sahiblərinin ittifaqından əmələ gəlmişdi. Əkinçilər və tacirlər də buraya daxil idilər. Şəhərlərdə hakimiyyət ağsaqqallar şurasının, kəndlərdə isə hərbi rəhbərlərin əlində idi. Sonrakı əsrlərdə bu ictimai qüvvələr üç əsas təbəqələrə- aristokratlara, demokrtalara və oliqarxlara ayrıldılar. Demokratlar çoxluq təşkil edən geniş xalq kütləsi, aristokratlar varlılar və yüksək vəzifəlilər, oliqarxlar isə hakimiyyət başında olanlar idi. Sonralar bu üç təbəqə arasında saysız ziddiyyətlər baş verdi. Beləliklə, Qədim Yunanıstan heç zaman mərkəzləşmiş vahid dövlət şəklində birləşə bilmədi. Əvvəl Makedoniyalı İsgəndər, sonra isə romalılar Yunanıstanı işğal edib polislərin- şəhər dövlətlərinin varlığına son qoydular. Lakin şəhər-dövlətlərinin yaratdığı möhtəşəm yunan sivilizasiyası əbədi yaşadı. Onun bütün sahələrdəki mədəni nailiyyətləri kimi “POLİS” termini də bu gün yaşayır. Amma başqa mənada- dövlətin ictimai asayişə nəzarət etmək üçün yaratdığı hərbi dəstələr Avropa ölkələrində və ABŞ-da polis adlandı. Bu dəstələr daha mütəşəkkil forma alıb, dünyanın əksər ölkələrində tətbiq edildi. Hazırda dünyanın bir çox yerində olduğu kimi, sabiq sosialist dövlətlərinin çoxunda, o cümlədən, Azərbaycanda da ictimai asayişi qoruyan şəxslərə POLİS deyilir…
Polisdə, o cümlədən hüquq mühafizə orqanlarında, silahlı qüvvələrdə rütbə artımı bəlkə də adi bir məsələdir. Məlumdur ki, bu sahədə vəzifə yüksəldikcə, ona müvafiq rütbə də verilir. Bu günlərdə DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin polkovnik-leytinant rütbəsi alması sözün əsl mənasında insanlar arasında sevinclə qarşılandı. Hamı onu təbrik etməyə tələsirdi.
Əslində, buna səbəb rütbə yox, Elşad Hacıyevə olan xalq məhəbbəti idi. Bəli, o, öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir, yerindədir. İnsan yerində olanda isə bütün bucaqlardan baxanda elə yerində görünür…
Haraya göz gəzdirirsən gəzdir, sosial şəbəkə platformalarında, eləcə də KİV-də Elşad Hacıyevə rast gəlirsən. O, ölkə ərazisindəki kriminal hadisələr, polisin uğurları, nöqsanları haqqında ictimaiyyəti daim məlumatlandırır. Daha doğrusu, onu izləməklə ölkədə baş vaerən bütün hadisələrdən xəbərin olur. Zarafat deyil, sanki böyük bir təbliğat və təşviqat maşınının işini görür…
Heyf ki, haqqında geniş bilgi əldə edə bilmədim. İnternet şəbəkəsində onun barəsində çox az məlumat var. Amma buna baxmayaraq, bu ölkənin bir vətəndaşı kimi, xidməti fəaliyyətini, sosial platformalarda insanlarla gözəl rəftarını əsas tutub, ona minnətdarlığımı çatdırmaq istəyirəm…
Səhv etmirəmsə, Elşad Hacıyevin vəzifəsi, əslində polkovnik rütbəsinə müvafiqdir. İnşəallah bu rütbəyə də yüksələr…
Bəli, polkovnik-leytinant Elaşad Hacıyev Azərbaycan POLİSİNİ sevdirməyi bacarır.
Ona möhkəm cansağlığı, xidməti uğuralar arzulayıram…

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elman Eldaroğlu

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Akopyan məsciddə: Bütün dünya şiələri gördü ki…

Next Post

Rusiyada 5729 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Rusiyada 5729 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

Rusiyada 5729 yeni koronavirusa yoluxma halı aşkarlanıb.

İran iki hərbi gəmisini Braziliyaya göndərir

İran iki hərbi gəmisini Braziliyaya göndərir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.