"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Erməni həmkarımıza xatırlatmaq istəyirəm ki… – Seyidov

23 Yanvar 2023 - 22:14
in SİYASƏT

Qarşıdan gələn sammit haqında danışmaq istəyirdim. Ancaq erməni deputat məni yenidən məcbur edir ki, geri dönərək reallığı təqdim edim. Erməni deputatın verdiyi məlumat tamamilə yalandır və gündəlikdən kənar olan məsələdən danışdı. İki il əvvəl biz ədaləti bərpa etdik və torpaqlarımızı işğaldan azad etdik.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov erməni deputatın yalan dolu çıxışına cavab olaraq deyib.

“Erməni həmkarımıza xatırlatmaq istəyirəm ki, Azərbaycan torpaqlarının yarısı Ermənistan tərəfindən işğal edilmişdi. Bu işğal nəticəsində bir milyon qaçqın və məcburi köçkünümüz oldu və bu günədək olmaqdadır. Onlar doğmaq torpaqlarına dönməyi gözləyirlər, çünki azad etdiyimiz torpaqlarımız, onların doğma yurdu erməni silahlı qüvvələri tərəfindən tamamilə minalanıb. Məcburi köçkünlər doğma yurdlarının erməni minalarından təmizlənməsini gözləyirlər, ermənilərin basdırdıqları minalarına görə yurdlarına qayıda bilmirlər. Bu yaxınlarda da bir neçə azərbaycanlı bu minaların qurbanı oldu.

Yanvarın 26-da AŞPA-da bu dəhşətli problemə – erməni minalarına dair tədbir təşkil edəcəyik və sizin hamınızı bu tədbirə dəvət edirik”, – deyə S.Seyidov erməni deputata yanlış məlumatlara son qoymağı bildirib və avropalı deputatları erməni minalarının işğaldan azad edilmiş torpaqlarımızda yaratdığı fəsadlarla tanış olmaq üçün Azərbaycanın təşkil etdiyi tədbirə dəvət edib.

“Son 2 il ərzində sülhün bərpası uğrunda Azərbaycanın səylərini, eləcə də bu istiqamətdə gördüyü böyük işləri erməni həmkarımızın hələ də başa düşməməsinə təəssüflənirəm. Ermənistan sülh danışıqlarını dayandırıb və beynəlxalq ictimaiyyəti yanlış məlumatlarla çaşdırmağa cəhd edir – Laçın dəhlizinin blokadası, digər dəhşətli hadisələr. Belə uydurma provokasiyalar əslində erməni deputatların qorxusunu əks etdirir.

Onlar hakimiyyətlərini itirməkdən qorxurlar, xalqa sülhü bərpa etməyi vəd edirlər, ancaq əslində, onlar bu vədi yerinə yetirməyə qadir deyillər. Onlar azərbaycanlılarla masa arxasında oturub, danışmağa, regionun gələcəyini müzakirə etməyə qadir deyillər. Bütün bu işlərlə məşğul olmaq əvəzinə, Qarabağda yaşayışla bağlı provokasiya ilə məşğul olurlar. Qarabağda indi Avropa İttifaqının, eləcə də ABŞ-ın sanksiyaları altında olan rus oliqarx Vardanyan peyda olub. Onlar bu Vardanyandan da qorxurlar. Bəli, çünki bu Vardanyan hakimiyyətə gəlmək istəyir, ancaq Qarabağda yox, Ermənistanda hakimiyyətə gəlir. Ona görə erməni deputatlar belə təlaşdadırlar”, – deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri avropalı parlamentarilərə real vəziyyəti izah edib.

“Buradakı erməni həmkarlarımıza üz tutub deyirəm ki, əgər siz sülh istəyirsinizsə, millətinizin gələcəyini düşünürsünüzsə, beynəlxalq təşkilatlara yalvarmağa son qoyun. Bəsdir! Artıq hər kəs sizin yalvarışlardan cana doyub. Azərbaycanla birlikdə regionda davamlı sülh haqqında düşünün”, – deyə S.Seyidov erməni deputatlara beynəlxalq təşkilatları da cana doydurduqlarını xatırladıb.

Qeyd edək ki, qış sessiyasının açılışında Səməd Seyidov cari debatlara salınmış “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinə reaksiya” adlı debatın başlığına da etirazını bildirərək, Laçın dəhlizinin açıq olduğunu və erməni deputatların yanlış məlumat verdiyini deyib. Laçın dəhlizində gediş-gəlişə heç kimin mane olmadığını diqqətə çatdırıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xankəndi yolundan 980 avtomobil keçdi

Next Post

Əliyevdən Blinkenə: Bu imkanımız təmin edilməlidir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Əliyevdən Blinkenə: Bu imkanımız təmin edilməlidir

Əliyevdən Blinkenə: Bu imkanımız təmin edilməlidir

Çinlə müharibə başlayandan bir həftə sonra ABŞ… – VSJ

Çinlə müharibə başlayandan bir həftə sonra ABŞ... - VSJ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.