Macarıstan Prezidenti Katalin Novak ölkəsinin Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəklədiyini qeyd edib.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Novak rəsmi səfəri çərçivəsində Budapeştdə olan Serb üzvü, Bosniya və Herseqovina Prezident Şurasının sədri Zeljka Cvijanovic ilə görüşüb, daha sonra birgə mətbuat konfransı keçirib.
Macarıstanın Qərbi Balkan ölkələrinin ən yaxşı dostu olduğunu qeyd edən Novak, Bosniya və Herseqovinanın 2022-ci ilin dekabrında Aİ-yə namizəd ölkə statusunu almasının sevindirici olduğunu və prosesin ləngimədən davam etməsi lazım olduğunu bildirib.
Qərbi Balkan ölkələrinin hər zaman Macarıstana arxalana biləcəyini deyən Novak qeyd edib:
“Macarıstanın məqsədi Bosniya və Herseqovinanın Aİ-yə üzvlük prosesini sürətləndirmək və ən qısa zamanda tamhüquqlu üzv olmaqdır. Aİ daxilində olmaq Bosniya və Herseqovina lazımdır”.
Novak görüşdə Rusiya-Ukrayna müharibəsinin də müzakirə edildiyini, həm ölkəsinin, həm də Bosniya və Herseqovinanın Rusiyanın təcavüzünü pislədiyini, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.
Zeljka Cvijanovic isə Macarıstanın ölkəsi ilə Qərbi Balkan ölkələri və AB arasında körpü rolunu oynadığını və Qərbi Balkan ölkələrini anlayan bir mövqe tutduğunu açıqlayıb.
Macarıstanın Qərbi Balkan regionu ilə ciddi maraqlanmasının vacib olduğunu deyən Cvijanovic iki ölkə arasında iqtisadi əməkdaşlığın çox yaxşı olduğunu bildirib.
Cvijanovic həmçinin vurğulayıb ki, Aİ Qərbi Balkanlara qarşı daha rasional mövqe tutmalıdır.
Yeganə




