Axar.az xəbər verir ki, bunu UNİCEF-in Şərqi Avropadakı regional ofisinin nümayəndəsi Kristen Elbsi söyləyib.
O, uşaqların evlərini Donbasdakı silahlı konflikt səbəbindən tərk etdiyini bildirib:
“Ukraynada davam edən hazırkı münaqişə səbəbindən 1,7 milyondan çox uşağın taleyi ciddi olaraq qalır. 2014-cü ilin mart ayından başlayaraq milyondan çox insan öz evlərini tərk edib ki, onlardan 540 mini Ukraynanın tərkibində yerləşib. Onların sayı günü-gündən artır. Ən azından 130 min uşaq öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bundan əlavə, hələ 10 minlərlə uşaq münaqişə zonasında qalmaqdadır”.




