Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, avqustda keçiriləcək Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS ölkələri qrupunun sammitində ümumi valyuta məsələsi müzakirə olunacaq.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Lavrov bu barədə Afrika turu çərçivəsində olduğu Anqolada mətbuata açıqlamalar verib.
BRİKS-də ortaq valyuta ilə bağlı müxtəlif tələblərin gündəmdə olduğuna diqqət çəkən Lavrov həmçinin qeyd edib:
“BRİKS daxilində Latın Amerikası və Karib hövzəsi ölkələri çərçivəsində öz valyutalarımızın yaradılması zərurəti ilə bağlı təşəbbüslər var. Bu məsələ mütləq şəkildə həll olunacaq. Avqustun sonunda Cənubi Afrikada keçiriləcək BRİKS sammitində məsləhətləşmələr aparılacaq.
Son illərdə BRİKS ölkələri, Rusiya və Çin arasında ticarətdə dolların payı azaldığı halda, Braziliya ilə Argentina arasında yeni ümumi valyutanın yaradılması müzakirə edilir.
Yeganə





