ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələri bu gün – 21 dekabrda İŞİD terror qruplaşmasının İrak və Suriyadakı mövqelərinə aviazərbələr endiriblər.
ANS PRESS-in məlumatına görə, Amerika hərbi qüvvələrin yayımladığı bəyanatda belə deyilir. Aviazərbələr zamanı İŞİD qruplaşmasının üç lideri öldürülüb.
İraqda aparılan hava əməliyyatlarının gedişatında koalisiya qüvvələri ölkənin şimalındakı Sincar şəhərində İŞİD-in mövqelərinin yerləşdiyi binaları dağıdıblar və bir neçə hərbi hissəni, eləcə də nəqliyyat vasitələrini məhv ediblər.
Zərbələr həmçinin Təll-Afar, Ər-Ramadi, Mosul və Bayci şəhərlərinin yaxınlıqlarına da endirilib. Ümumilikdə İraq 13 avizərbə alıb.
Aviazərbələr Suriyada yaraqlıların Türkiyə sərhəddində yerləşən Kabani şəhərindəki mövqelərinə yönləndirilib.
Kürd özünümüdafiə qüvvələri 3 aya yaxındır Kobanini İŞİD terror qruplaşmasının silahlılarından qoruyurlar.