Dnepr vilayətində obyektdə yüksək gərginlikli avadanlıq məhv edilib.
Elchi.az xəbər verir ki, Ukraynada cənub, mərkəzi, cənub-qərb vilayətlərində elektrik obyektləri zədələnib, enerji obyektlərindən birinin əsas yüksək gərginlikli avadanlığı sıradan çıxıb, bu barədə “Ukrenerqo” milli enerji şirkəti bildirib.
“Cənub, mərkəzi və cənub-qərb bölgələrində zərbələr və texnikanın zədələnməsi var”, – məlumatda deyilir.
Bundan əlavə, şirkət Dnepr vilayətində elektrik obyektlərindən birində əsas yüksək gərginlikli avadanlıqların sıradan çıxdığını qeyd edib.
Həmçinin sistemdə elektrik enerjisi çatışmazlığının ciddi olduğu, bütün rayonlara elektrik enerjisi sərfiyyatına məhdudiyyətlərin gətirildiyi diqqətə çatdırılıb.
Şayəstə





