"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Fərəcin butkası” (Hekayə)

22 Dekabr 2014 - 10:46
in MƏDƏNİYYƏT, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı


Babamla nənəmin yanında böyümüşəm. Atamgilin məndən uzaqda olmadığındanmı, ya nədənsə həmişə nənəm məni ehtiyatla 10877584_392272027601821_1064396475_nsaxlayırdı. Bir sözü vardı: “Amanat uşaqdı, ehtiyatlı olun”. Nazımla çox oynayırdı, xətrimə dəyəni acılayırdı. Nənəmin qorxusundan məni atam, anam da danlaya bilmirdi. Bircə əmim ərköyünlüyümə dözə bilməyib danlayırdı. Dərhal nənəm məni müdafiə edərək:

– Bala, maa bir şillə vursan onan yaxşıydı, – deyərdi.

– Qız uşağıdı, belə də olmaz axı, sənsən onun tərbiyəsini korlayan.

Qonşumuzda Sürayə nənə vardı, Fikrət babanın anası. Yaşlı qadın idi. Nənəm hərdən məni də götürüb onalara, Sürayyə nənəylə söhbət etməyə gedərdi.

Yay idi, bir gün həyətdə oynayırdım. Gördüm ki, nənəm öz-özünə gileylənir: “Heyf deyil kənd? Sumqayıtda addım atmaq olmur. Kənd yerində belədir ki pambığa, üzümə gedirsən, vaxtın gedir ”.

Nənəmin gileyini eşidib onunla zarafat etdim:

– Nənə, bilirsən nolub?

Nənəm həyacanlı halda:

– Nolub bala? – deyə cavab verdi.

– Nənə, mən o tərəfdə oynayırdum. Birdən gördüm ki, Fikrət baba ağlaya-ağlaya evə sarı gedir.

– Ay bala, sən get, evə, deyəsən arvad ölüb.

Təbii ki, yalandan demişdim. Amma pis niyyətim yox idi. Nənəm Fikrət babagilin evinə çatanda görüb ki, Sürayyə nənə həyətlərini süpürür.

Mən bu yalanı bir-iki dəfə təkrarladım. Sadəlöv nənəm də hər dəfə  mənə inanırdı…

Nənəmgilin evindən bir az aralıda, yolun kənarında dayanacaq vardı. Yanında da kiçik bir mağaza. Mağazanı Fərəc adlı bir kişi işlədirdi deyə ora həmişə “Fərəcin butkası” deyərdilər. Nənəm məni heç vaxt ora getməyə qoymurdu. Deyərdi ki, “olmaz, yolun qırağıdı, amanat uşaqsan, birdən maşın vurar, sonra gəl, atangilə cavab ver”.

Fərəcin butkası evimizdən o qədər uzaqda olmasa da, mənim üçün əlçatmaz idi. Babam həmişə məndən “Bajım (babam mənə “Bajım” deyirdi) məni nə qədər çox istəyir?” soruşanda, mən də heç düşünmədən “Burdan Fərəcin butkasınacan” deyərdim.

Çünki o vaxtlar mənim üçün ən böyük ölçü vahidi ora idi, ən əlçatmaz yer isə Fərəcin butkası…

O butkanı sökdülər…

Onunla bərabər uşaqlıq xatirələrimi də söküb atdılar. Sevgi vahidim də yoxa çıxdı. Yerində böyük bir zavod tikdilər. Amma o böyüklükdə zavod gözümdə Fərəcin butkasından da kiçik oldu…

İndi nə Sürayyə nənə var, nə babam, nə nənəm, nə Fərəcin butkası, nə də uşaqlıq xatirələrim…

Çinarə Ömray
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənistan – intiharlar ölkəsi

Next Post

Qazaxıstan Ukraynaya kömək təklif etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

Next Post

Qazaxıstan Ukraynaya kömək təklif etdi

ABŞ kürdlərə 5 min ağır silah göndərib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.