Rusiyalı müxalif, YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski rus xalqını azadlıq uğrunda mübarizəyə
səsləyib.
Axar.az xəbər verir ki, Xodorkovski rus xalqına video-müraciət ünvanlayıb.
“2014-cü ilin əvvəlindən indiki hakimiyyət başa düşdü ki, ölkəni dalana dirəyib. Hətta neftin yüksək qiyməti də iqtisadi artımı təmin etmir. İntellektual elita, elm və incəsənət adamları daha onlara inanmır”, – Xodorkovski bildirib.
Onun sözlərinə görə, hakimiyyət müharibə variantı tapıb:
“Qonşu ölkənin ərazisində indiyə qədər qardaş saydığımız insanlarla müharibə aparmaq faciədir. Bu bizim yaddaşlarımızda hələ uzun müddət qalacaq. Biz həyatımızı, pullarımızı, güvənimizi, imkanlarımızı itiririk. Bu gün Rusiya vətəndaşları Krıma, Donbasa görə əziyyət çəkir. İdarəetmədəki səhvləri və büdcə oğurluğunun üstünü rejim hərbi əməliyyatlar və vətənpərvərlik ritorikası ilə örtməyə çalışır”.



