"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycandan sərt cavab…

22 Dekabr 2014 - 15:30
in XƏBƏR LENTİ
img1708195“Son vaxtlar İsrail mediasında Azərbaycanla bağlı bu səpkili məqalələr vaxtaşırı dərc olunmaqdadır. Doğrudan da, İsraildə hökumət-media münasibətlərini nəzərə alanda görürsən ki, bunlar heç də təsadüfi deyil. Xüsusilə, rəsmi strukturların bu cür yazılarla bağlı bir dəfə də olsun belə reaksiya verməməsi bunların rəsmi şəkildə sifariş xarakteri daşıdığını deməyə əsas yaradır”. 
Bunu Azərtac-a müsahibəsində Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov deyib.
İsrail mətbu orqanlarında vaxtaşırı olaraq Azərbaycana qarşı çox qərəzli yazılar və xüsusilə ölkənin “Jerusalem Post”, eləcə də “Haaretz” kimi aparıcı qəzetlərində ölkəmizlə bağlı dərc olunmuş yazılara münasibət bildirən A. Qasımov deyib ki, hər iki qəzetdə gedən məqalələr olduqca qərəzli, jurnalist etikasından tamamilə uzaq, böhtan xarakterli bu materiallar cəfəngiyatdan başqa bir şey deyil: “Heç şübhəsiz ki, bu cür yazılar son zamanlar anti-Azərbaycan kampaniyası aparan qüvvələr tərəfindən maliyyələşdirilmiş və tam sifariş xarakteri daşıyır. Xədicə İsmayılovanın hüquqlarını guya müdafiə etmək məqsədi daşıyan bu məqalələr, əslində, Azərbaycanda gedən ümumi inkişaf proseslərinə qara yaxmaqdan başqa bir şey deyildir. Yaxşı olardı ki, bu məqalələrin müəllifləri öz ölkələrində insan haqları, söz və vicdan azadlığı, ümumilikdə demokratik prinsiplərin pozulması və digər mənfi hallara diqqət yetirsinlər.
Əslində, İsrailin özündə jurnalistlərin fəaliyyəti ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Beynəlxalq təşkilatların hesabatlarına diqqət etsək görərik ki, İsrailin güc strukturları tərəfindən jurnalistlərlə amansız rəftar, onların həbs olunması və döyülməsi faktları mütəmadi olaraq qeydə alınır. Təkcə bu ilki hadisələrə nəzər salaq.
2014-cü ilin martın 7-də “France Press” Agentliyinin nümayəndəsinə qarşı qəsd olunarkən güc strukturlarının nümayəndələri buna sadəcə seyrçi qalmaqla kifayətlənmişlər. 2014-cü ilin martın 11-də güc strukturları jurnalistlərə nümayişi lentə almağa icazə verməyərək onlara atəş açmışdır. “Associated Press”in verdiyi məlumata görə elə həmin gün Qüdsdə etirazları çəkmək istəyən 2 jurnalistin həyatına qəsd edilmişdir. “Reuters” və “Associated Press”in əməkdaşları qəddarcasına döyülmüşlər.
İsraildə mətbuata tez-tez senzuranın tətbiq edilməsi, jurnalistlərin azad gediş-gəlişinə məhdudiyyətlərin qoyulması kimi faktları da buraya əlavə etmək olar. Maraqlıdır ki, Dünya Mətbuat Azadlığı İndeksinə görə, İsrail 2004-cü ildəki 36-cı yerdən 2013-cü ildə 112-ci yerə düşmüşdür. Ölkədə hakimiyyətin ən yüksək dairələrində ciddi korrupsiya hallarının baş verməsi ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır. İsraildə vətəndaşların bərabər imkanlardan, o cümlədən təhsil imkanlarından məhrum edilməsi, sosial diskriminasiya halları da cəmiyyəti ciddi narahat edən problemlərdəndir.
Mən hesab edirəm ki, bu məqalələrin müəllifləri və bu yazıların arxasında duranlar, əslində, İsrail dövlətinin özünün beynəlxalq imicinə ciddi zərbə vururlar. İsrail hökuməti həmişə Azərbaycanla yaxşı əməkdaşlıq münasibətləri qurmağa çalışdığını bəyan edir. Bu məqalələrin sifarişçiləri, heç şübhəsiz, İsrail-Azərbaycan münasibətlərinə xələl gətirməyi qarşılarına məqsəd qoymuşlar. Onlar beynəlxalq aləmdə Azərbaycanın möhkəmlənən mövqelərini, demokratiyanın təmin olunması sahəsində əldə etdiyi böyük uğurları, bir çox ölkələrə nümunə ola biləcək tolerantlıq və multikulturalizm ənənələrini gözü götürməyən qüvvələrdir. Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və təcavüzkar Ermənistan istisna olmaqla, bütün dövlətlərlə uğurlu, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlər qurur. Bu da öz növbəsində, yuxarıda adı gedən yazıların arxasında duran qüvvələri ciddi narahat edir. Onlar bilməlidirlər ki, bu cür səylər boş xülyadan başqa bir şey deyildir.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bloqqer Ömər Məmmədovun apellyasiya şikayəti təmin olunmadı

Next Post

50 min əməkdaşı olan yeni polis təşkilatı qurulur

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

50 min əməkdaşı olan yeni polis təşkilatı qurulur

İranda facebook fəalı 20 il həbsə məhkum edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.