“Media forum” saytı xəbər verir ki, Tehran məhkəməsi sosial şəbəkələrdəki tənqidi yazılarına görə 2013-cü ilin oktyabr ayından zindanda saxlanan 21 yaşlı tələbə Məsud Seyid Talibini “Feysbuk”da paylaşdığı yazılarda ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, sistemə qarşı təbliğat aparmaqda və ölkənin dini liderini təhqir etməkdə təqsirli bilib.
Məsud Seyid Talibi ona ittihamları rədd edir.




