Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotikin maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Rəna Abdullevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə R. Abdullayeva 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.Qeyd edək ki, Nəsimi rayonun polis əməkdaşları şəhər sakini, 1970-ci il təvəllüdlü Rəna Abdullayevanı şübhəli şəxs kimi saxlayıblar. Onun üzərində və evində aparılan axtarış zamanı külli miqdarda narkotik maddə aşkarlanaraq götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 234-cü maddəsi ( qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi açılıb.



