ABŞ Konqresinin üzvü Marjorie Taylor Green bildirib ki, Rusiya sanksiyaların ağırlığı altında hamıya sübut edir ki, dünyanın ticarət və çiçəklənmə üçün ABŞ dollarına və ya ABŞ ilə dostluğa ehtiyacı yoxdur.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Konqres üzvünün sözlərinə görə, ABŞ demokratiyanı xilas etmək naminə Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunarkən, dünyada anti-Rusiya koalisiyasına daxil olan ölkələrin, o cümlədən Çinin iştirakı olmadan yeni ticarət və siyasi ittifaqlar formalaşır.
Green qeyd edib ki, mövcud durum dolların artıq dünya valyutası olmamasına gətirib çıxara bilər. O, həmçinin ABŞ-ın Rusiya ilə III Dünya Müharibəsinin astanasına girərək resurslarının boşaldığı barədə xəbərdarlıq edib.
ABŞ Federal Ehtiyat Sisteminin son məlumatlarına əsasən, son 20 ildə beynəlxalq valyuta ehtiyatlarının strukturunda dolların payı aşağı düşüb: Bütün ölkələrin mərkəzi banklarının ABŞ dollarında ehtiyatlarının payı azalıb.
Yeganə





