Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib.
Elchi.az “Reuters”-ə istinadən xəbər verir ki, əksəriyyəti ağır olmaqla 70 yaralı xəstəxanaya çatdırılıb.
“Binanın bir hissəsi çöküb və altında bir neçə nəfərin olduğu güman edilir”,- deyə polis rəsmisi Sikandar Xan bildirib.
Pişəvərdəki “Lady Reading” xəstəxanasının sözçüsü Məhəmməd Asim 70 yaralının olduğunu, bəzilərinin vəziyyətinin isə ağır olduğunu deyib.
Yeganə





