NATO-nun baş katibi Yens Stoltenberq bildirib edib ki, ABŞ Rusiya, Çin və Şimali Koreyanın siyasəti fonunda müttəfiqləri üçün vacib bir vəzifə yerinə yetirir.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
Alyansın rəhbəri həmçinin qeyd edib:
“Nə qədər ki, nüvə silahları mövcuddur, xüsusən də Rusiyada avtoritar qüvvələr onlara sahibdir və onları intensiv şəkildə səfərbər edir, o vaxta qədər biz Çinin nə etdiyini, silahlarının sayını artırdığını və nələr etdiyini görürük”.
Stoltenberqin sözlərinə görə, ABŞ və Fransa kimi NATO-nun nüvə dövlətləri nüvə silahından əl çəksə, dünya daha böyük təhlükə ilə üzləşə bilər.
Baş katib həmçinin Cənubi Koreyanı Ukraynaya hərbi yardımı artırmağa çağırıb və qeyd edib ki, əvvəllər münaqişələr olan ölkələrə silah verməkdən imtina edən bəzi NATO müttəfiqləri indi siyasətlərini dəyişiblər.
Yeganə




