Polşanın baş naziri Mateuş Moravietski Polşanın bu il ümumi daxili məhsulunun (ÜDM) 4 faizini müdafiəyə ayıracağını bəyan edərək, bunun NATO üzv ölkələri arasında ən yüksək pay ola biləcəyini bildirib.
Elchi.az xəbər verir ki, Moravietski və Polşanın müdafiə naziri Mariuş Blaşçak ölkənin şərqindəki Siedlcedəki 18-ci Mexanikləşdirilmiş Diviziyaya baş çəkiblər.
Polşanın hərbi xərclərinə də toxunan Moravietski, “Hökumətimiz Polşa silahlı qüvvələrinin gücünü artırmağa üstünlük verir və biz ölkədə daha çox NATO əsgərinin olmasını istərdik”,-deyə qeyd edib.
Ukrayna-Rusiya müharibəsi səbəbiylə Polşa ordusuna sərmayə qoymağa davam edəcəklərini vurğulayan Moravietski bildirib:
“Bu il görünməmiş bir səy göstərəcəyik. Ümumi daxili məhsulun (ÜDM) 4 faizini Polşa silahlı qüvvələrinə xərcləyəcəyik. Bu, indiyə qədər edilən ən böyük xərc ola bilər.
Xatırladaq ki, Polşa ötən il bir sıra irimiqyaslı hərbi alışlar edib, o cümlədən ABŞ-dan “Abrams” tankları və “HIMARS” reaktiv yaylım atəşi sistemləri, Cənubi Koreyadan isə haubitsa, tank və reaktiv təyyarələr alıb.
Yeganə




