Belçikada 40 ildir fəaliyyət göstərən “Tihange 2” nüvə reaktoru bu gün həmişəlik bağlanacaq.
Elchi.az xəbər verir ki, Avropada enerji böhranına baxmayaraq, Belçikanın Huy şəhərindəki “Tihange 2” nüvə reaktorunun fəaliyyəti bu gün yerli vaxtla saat 23:59-da dayandırılacaq.
Beləliklə, 1983-cü ildə işə başlayan nüvə reaktorunun 40 illik istismardan sonra elektrik şəbəkəsinə qoşulmasına son qoyulacaq.
Belçikada əvvəlki hökumətlərin qəbul etdiyi qərarlar istiqamətində hazırlanan nüvə çıxış qanunu səbəbiylə bağlanacaq olan “Tihange” Atom Elektrik Stansiyasının 3 reaktorundan biri olan “Tihange 2” reaktoru illik 1055 meqavat elektrik istehsal gücünə sahib idi.
Belçikada cəmi 7 reaktor, Hollandiya sərhədinə yaxın “Doel AES-də” 4, Almaniya və Lüksemburq sərhədinə yaxın “Tihange AES-də” 3 reaktor işləyirdi. Bu reaktorlar tərəfindən istehsal olunan elektrik enerjisi adətən ölkənin tələbatının təxminən yarısını ödəyirdi.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Belçika hökuməti 2025-ci ildə atom elektrik stansiyalarının istismardan çıxarılması planını hazırlamışdı.
Doel 3 reaktoru da bağlanıb
Keçmiş hökumətlərin qərarlarına uyğun olaraq, “Doel 3” rektoru ötən ilin sentyabrında, “Tihange 2” reaktorunun isə 2023-cü ilin fevralında bağlanması qərara alınıb.
Enerji böhranı ilə əlaqədar indiki hökumət bu reaktorların istismar müddətinin uzadılması üzərində işləməyə başlayıb, lakin reaktorların operatorları ilə hökumət arasında aparılan danışıqlar zamanı dayandırılmasının təxirə salınmasının texniki və hüquqi baxımdan mümkün olmadığı müəyyən edilib.
2 reaktorun iş müddəti uzadılır
Digər tərəfdən Belçika, müharibə başlayandan sonra enerji təchizatı qıtlığının qarşısını almaq üçün 2025-ci ildə dayandırmağı planlaşdırdığı “Doel 4” və “Tihange 3” reaktorlarının istismar müddətini 10 il uzatmağa qərar verib. İstismar müddəti uzadılan 2 reaktor ölkənin sonuncu dəfə 1985-ci ildə inşa etdiyi nüvə obyektləri kimi tanınır.
Yeganə





