Tacik Əmək Mühacirləri Hərəkatının sədri Karomat Şaripovun açıqlamasına görə, Rusiyada çalışan 1 milyona yaxın tacik bu ölkədə qazandığı halal pulunu ala bilmir.“Media forum” saytının məlumatına görə, K.Şaripov bildirib ki, mühacirlərə ödənilməyən pulun ümumi həcmi 1 milyard rubl təşkil edir.
Burada söhbət xarici sərmayədarların müəssisələrində çalışan fəhlələrdən gedir. Həmin sərmayədarlar isə Rusiya ərazisində qeyri-leqal fəaliyyət göstərir.
K.Şaripov deyib ki, o, işçi mühacirlərə qarşı deyil, Rusiyanın belə mühacirlərə ehtiyacı var: “Amma indi onların hansı problemlə üzləşdiyini görürük. Bu məsələdə Rusiya dövləti məsuliyyət daşıyır. Haqqı tapdanan taciklər sosial paketlərlə təmin olunmalı və onlar özlərini insan kimi hiss etməlidirlər”.



