Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.
Elchi.az xəbər verir ki, bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
“Avtobus reysləri İran ərazisindən keçməklə həyata keçirilir və qrafikdə dəyişiklik edilməyib”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə son vaxtlar İranda baş verən hadisələr fonunda Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətinin dayandırılması barədə məlumatlar yayılıb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




