"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Elçin Əmirbəyov: “Ermənistan doğrudanmı Azərbaycanla sülh istəyir?”

31 Yanvar 2023 - 23:24
in SİYASƏT

Nüfuzlu “Newsweek” nəşrində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyovun Ermənistanın Azərbaycanla sülh prosesinə real yanaşmasını əks etdirən məqaləsi dərc olunub.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az həmin məqaləni təqdim edir:

Cənubi Qafqaz sərvətlərlə zəngin Mərkəzi Asiya ilə bu resurslara ac olan Avropa iqtisadiyyatı arasında kəsişmə nöqtəsidir. Ermənistan və Azərbaycan arasında sülh təkcə ermənilərin və azərbaycanlıların deyil, bütün Avrasiyanın rifahına kömək edəcək. Azərbaycanın 2020-ci ilin İkinci Qarabağ Müharibəsində parlaq qələbəsi səhifəni vərəqləmək, hərbi əməliyyatları arxada qoymaq və beynəlxalq hüquqa əsaslanan münasibətləri normallaşdırmaq üçün tarixi imkan yaradıb. Bu fürsətdən istifadə etmək üçün Qərb Azərbaycanın mövqeyinin əsaslandığı təkzibedilməz faktları daha yaxşı dərk etməlidir.

Lakin təəssüf ki, Ermənistan, onun diasporu və xarici havadarları son vaxtlar bu faktları gözdən salmaq üçün təbliğat kampaniyasına başlayıblar. Kampaniyanın bilavasitə məqsədi Amerika və Avropanın Bakıya təzyiq göstərməsidir. Daha uzunmüddətli məqsəd 2020-ci ilin noyabrında Ermənistanın müharibədə məğlubiyyətini etiraf etdiyi zaman başlayan sülh prosesini alt-üst etməkdir.

Dezinformasiya kampaniyası Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən Laçın yolu boyunca baş verən hadisələrə yönəlib və iki əsas iddia irəli sürür. Birincisi, azərbaycanlı ekoloqlar tərəfindən dekabrın 12-də başlayan yolun sözdə “blokadası” Qarabağdakı etnik ermənilərin həyatını təhlükəyə atan humanitar fəlakət yaradır. İkincisi, bu, Azərbaycanın Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini inkar etmək səylərinin bir hissəsidir.

Gəlin, qondarma humanitar böhrandan başlayaraq və bu yanlış iddiaları növbə ilə nəzərdən keçirək.

Dərman, ərzaq və digər zəruri mallar da daxil olmaqla humanitar yüklər asanlıqla Qarabağa keçir. Təcili tibbi və digər zəruri ehtiyaclarla üzləşən yerli mülki şəxslər Ermənistana gedə və yol boyu geri qayıda bilərlər. Hər hansı humanitar böhranın qarşısını almaq üçün Bakı Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə yola maneəsiz çıxış imkanı verir. Bu, həmçinin Rusiya sülhməramlılarına sərbəst hərəkət imkanı yaradır. Ermənistanın ən böyük müttəfiqi olan Rusiyanın əsgərləri Qarabağ ermənilərinin fiziki təhlükəsizliyi ilə bağlı İrəvanı əmin etmək üçün istənilən beynəlxalq aktordan daha yaxşı mövqedədirlər. Bu isə öz növbəsində ikinci saxta iddianın, daha doğrusu, Azərbaycanın Qarabağdakı etnik ermənilərin hüquqlarını inkar etməsi kimi uydurma bir məsələnin təkzib olunması deməkdir. Lakin bunun niyə açıq-aşkar yalan olduğunu başa düşmək üçün tarixi kontekst tələb olunur.

1994-cü ildə başa çatan Birinci Qarabağ Müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Qarabağı və onun ətrafındakı digər Azərbaycan ərazilərini işğal edərək etnik azərbaycanlılardan təmizləyib. Onlar yüzlərlə günahsız mülki insanı qətlə yetirib, zorlayıb və işgəncələrə məruz qoyub, 800 mindən çox insanı qışın şaxtasında evlərindən didərgin salıb və Xocalı soyqırımı bu vəhşiliyin zirvəsi olub.

Cəzasızlıqla törədilən və hələ də ədaləti gözləyən bu cinayətlər baş verərkən yaxşı sənədləşdirilib. Bunun ardınca beynəlxalq hüquq və dünyanın hər bir böyük dövləti Qarabağın suveren Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edib və Azərbaycanın Qarabağ üzərində effektiv nəzarətinin tam bərpası ədalətli və davamlı sülhün əsası kimi qəbul edilib. Bu səbəbdən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən “tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını” tələb edir. (Hələ indi də Qarabağda Ermənistanın 10 min əsgəri qalır ki, bu da sülh və sabitliyi təhdid edən saatlı bombadır).

BMT bu sərəncamları 1993-cü ildə verib. Təxminən otuz il ərzində azərbaycanlılar beynəlxalq ictimaiyyətdən onların icrasını səbirlə gözləyiblər. Bu arada Ermənistan indiki kimi zamanla oynayırdı: Sülhdən danışır, müharibəyə hazırlaşır, dezinformasiya yayırdı. Onun qüvvələri Azərbaycanın şəhər və kəndlərini qarət edərək, Azərbaycan mədəni irsinin hər bir əlamətini silib, yeraltı sərvətlərini talayıblar.

2020-ci ilə qədər artıq Azərbaycanın səbri tükəndi və ölkəmiz İkinci Qarabağ müharibəsində oğurlanmış torpaqlarını geri almaq əzmində olduğunu nümayiş etdirdi.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı və İkinci Qarabağ müharibəsinə son qoyan saziş) Ermənistan bölgədə yeni reallığı qəbul etməyə və sülh bağlamağa razılaşıb. Lakin o vaxtdan bəri Ermənistan Laçın yolundan sui-istifadə edərək Qarabağdan Ermənistana talan edilmiş Azərbaycanın mineral ehtiyatlarını ixrac edir, Qarabağda öz hərbi qüvvələrini saxlayır, yeni istehkamlar qurmaq üçün üçüncü ölkə vətəndaşlarından istifadə edir və azərbaycanlılara qarşı mina terrorunu davam etdirir.

Bunlar sülhə hazırlaşan ölkənin davranışları deyil və Azərbaycan bu taktika ilə çox yaxşı tanışdır. O, Ermənistanın müharibəyə hazırlaşdığı müddətdə özünü yenidən bitməz-tükənməz danışıqların toruna salmasına imkan verməyəcək. Laçın yoluna gəlincə, bu yolda istənilən fəaliyyətin şəffaflığı təmin olunmalıdır.

Burada zaman ciddi önəm daşıyır. Belə ki, reallığa əsaslanan sağlam siyasət hələ də yeni faciələrin qarşısını ala bilər. İrəvan xəyallara və fantaziyalara arxalanmağı dayandırmalı, təkzibolunmaz faktlarla məşğul olmalıdır. Ermənistan və onun müttəfiqləri Qarabağ ermənilərindən revanşist siyasəti oyununda piyada kimi istifadə etməkdən əl çəkməlidirlər. Sülh prosesinin asanlaşdırılmasında iştirak edənlər reallıqları düzgün oxusalar, Ermənistana keçmişin səhvlərindən qaçmağa və qonşuların barışmasına kömək edə bilərlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyə ötən il turizmdən rekord gəlir əldə etdi

Next Post

Avtobus və metroda diferensial tariflər tətbiq olunacaq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Avtobus və metroda diferensial tariflər tətbiq olunacaq

Avtobus və metroda diferensial tariflər tətbiq olunacaq

Ərdoğan hansı seriallara baxdığını açıqladı

Ərdoğan hansı seriallara baxdığını açıqladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.