"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Borrellin cavabı İrəvanın ümidini qırdı – Petrov

01 Fevral 2023 - 12:11
in SİYASƏT

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Ermənistana bildirib ki, onlar Laçın yolunda vəziyyətlə bağlı Azərbaycana qarşı sanksiya tətbiq etməkdən imtina edir. AB vəziyyəti Azərbaycanın daxili işi kimi tanıyıb. İrəvan 50 gündür ki, avtomobillərin keçidinə mane olmayan etiraz aksiyasını Qarabağ separatçılarının blokadası kimi təqdim etməyə çalışır. Xankəndidəki marionetlərinin köməyi ilə yerli ermənilər arasında “humanitar böhran” görüntüsü yaradır və bütün beynəlxalq oyunçuları Azərbaycana istənilən siyasi və ya iqtisadi zərbələr endirməyə çağırır. Borrellin cavabı isə İrəvanın bu istiqamətdəki cəhdlərinə son qoydu. Paşinyanın komandası bir tərəfdən Qarabağa silah, mina və yaraqlıların idxalını bərpa etməli, oradan talan edilmiş qızıl və mis-molibden filizlərini çıxarmalı, digər tərəfdən isə Azərbaycanın vətəndaş cəmiyyəti səviyyəsində növbəti qələbəsinə mane olmalıdır. Məhz bu məqsədlə Paşinyan, XİN rəhbəri Mirzoyan, spiker Simonyan və bir çox digər erməni rəsmiləri bütün məkanlarda Azərbaycana qarşı heç olmasa müəyyən sanksiyaların tətbiq edilməsini xahiş edirlər. Lakin indiyədək bu sahədə heç bir nəticə əldə etməyiblər. İrəvana gələn avropalı siyasətçilər Qarabağı Azərbaycanın ərazisi, yerli ermənilərin taleyini Bakının daxili işi kimi tanıyır, təkcə avropalılar deyil, ABŞ-ın nümayəndələri də AŞPA-da eyni şeyi deyir. Rusiyaya gəlincə isə Kreml müttəfiqinə təzyiq barədə heç nə eşitmək istəmir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Borrellin cavabı Ermənistan diplomatiyasının Avropa cəbhəsində son fiaskosu oldu. Avropalıların erməni revanşistlərinin üzünə qapı bağlamasının bir neçə səbəbi var.

Birincisi, faktlar. Laçın yolu ilə maşınların keçməsi qeydə alınır. Təkcə erməni KİV-ləri ilə deyil, Xankəndi yaxınlığındakı vəziyyəti müstəqil öyrənməyə gələn hər kəs buna şahid ola bilər. Qarabağ erməniləri bloklanmayıb, onların Ermənistana gedib qayıtmaq imkanı hələ də var. Onlara bunu etməyə mane olan yeganə amil separatçı liderlərin qadağalarıdır və azərbaycanlı ekoloji fəallar tərəfindən heç bir maneə yoxdur.

İkincisi, yenə də faktlar. Hamı başa düşür ki, Laçın yoluna Rusiya sülhməramlıları nəzarət edir. Əgər magistral yolda bu və ya digər istiqamətdə problem varsa, bu, o deməkdir ki, Azərbaycan ekoloji fəalları deyil, rus sülhməramlılar buna imkan verməyiblər. Belə bir şəraitdə Moskva əvəzinə Bakıya qarşı sanksiyaların tətbiqi tələbi qəribə görünür. Aydındır ki, İrəvan Moskvaya qarşı sanksiyalar tələb edə bilməz.

Üçüncüsü, maraqlar. Ermənistanın hazırda AB-yə təklif edə biləcəyi hər şeyi AB artıq alıb. AB müşahidəçilərinin iki illik missiyası razılaşdırılıb. İrəvanın Brüsselə sədaqətindən və antirusiya kursundan başqa satacağı heç nə yoxdur. Eyni zamanda, AB ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq getdikcə artır, avropalıların Azərbaycanın karbohidrogenlərinə ehtiyacı var. Xüsusən ona görə ki, onların çatdırılması üçün Cənub Qaz Dəhlizinin nəhəng infrastrukturu artıq tikilib. Brüssel uzun illər Bakı ilə təmaslardan faydalanacaq”, – o bildirib.

Petrov qeyd edib ki, Borrellin ağzı ilə AB de-fakto Qarabağdakı separatçı layihənin bağlanmasına dəstək ifadə etdi:

“Separatçıların artıq silahı olmayacaq. Bu da silahlı təxribatların olmayacağı anlamına gəlir. Erməni yaraqlıları yalnız “mülki əhali” adı altında rus sülhməramlıların müvəqqəti yerləşdirilmə zonasını tərk etməli olacaqlar, əsl dinc Qarabağ erməniləri Azərbaycan vətəndaşlarına çevriləcək. Bundan sonra, nəhayət, bütün Azərbaycan ərazisində sabitlik hökm sürəcək. Bunlar vətəndaş cəmiyyətinin etiraz aksiyasının nəticələridir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

El Pais: İspaniya Ukraynaya tank göndərəcək

Next Post

Elçin Quliyev də İsrail müdafiə naziri ilə danışdı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Elçin Quliyev də İsrail müdafiə naziri ilə danışdı

Elçin Quliyev də İsrail müdafiə naziri ilə danışdı

Avstraliya Myanma və İrana insan haqlarını pozduğuna görə sanksiya tətbiq edir

Avstraliya Myanma və İrana insan haqlarını pozduğuna görə sanksiya tətbiq edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.