Avropa Komissiyasının sədri Ursula fon der Leyen bir qrup Avropa komissarı ilə birlikdə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etmək üçün Kiyevə gedib.
Elchi.az bu barədə News.am-a istinadən xəbər verir.
“Yenidən Kiyevdə olmaqdan xoşbəxtəm. Bu dəfə Avropa komissarlarından ibarət komandamla birlikdə gəlmişik. Biz Avropa İttifaqının heç vaxt olmadığı kimi Ukraynanı güclü dəstəklədiyini göstərmək üçün buradayıq. Dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirəcəyik”, -deyə Leyen Tvitter-də yazıb.
Yeganə




