“Ermənistanla Azərbaycan arasındakı əlaqələr ABŞ dövlət katibi Entoni Blinken üçün çox vacibdir. Onun həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışmaq imkanı olub. ABŞ bu məsələdə dərindən iştirak etməyə davam edəcək”.
Elchi.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel deyib.
“Luis Bono ABŞ-ın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında iştirakına rəhbərlik edəcək. O, həmçinin ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında təmsil edir. Bu məsələ Bayden administrasiyası üçün daimi prioritetdir”.
Patel qeyd edib ki, Bono mürəkkəb məsələlərlə işləməkdə əhəmiyyətli təcrübəyə malikdir və yeni vəzifənin icrasında Blinkenin şəxsi etibarından istifadə edir”.
Yeganə
Həmçinin oxuyun:





