“ABŞ dövlət katibi Entoni Blinken Əfqanıstanda qadınlara qarşı ayrı-seçkilik siyasəti ilə əlaqədar Taliban hərəkatının nümayəndələrinə qarşı viza məhdudiyyətləri tətbiq edib”.
Elchi.az xəbər verir ki, Blinkenin bəyanatını Dövlət Departamentinin mətbuat xidməti yayıb.
“Bu gün mən Talibanın bəzi hazırkı və ya keçmiş üzvlərinə, qeyri-dövlət təhlükəsizlik qruplarının üzvlərinə və məhdudlaşdırıcı siyasət və zorakılıq yolu ilə Əfqanıstanda qadın və qızlara qarşı repressiyaya görə məsuliyyət daşıyan və ya iştirak edən digər şəxslərə əlavə viza məhdudiyyətlərinin tətbiqinə çağırıram.
ABŞ hökuməti Taliban hərəkatının hərəkətlərini kəskin şəkildə pisləyir.“Birləşmiş Ştatlar əfqan xalqını dəstəkləyir və bütün əfqanların hüquq və əsas azadlıqlarına hörmət etmək, bu hörməti təşviq etmək və dərinləşdirmək üçün mümkün olan hər şeyi edəcək”, – sənəddə vurğulanıb.
Yeganə




