AK rəhbəri Avropa İttifaqının 2023-cü il fevralın 24-dək Rusiyaya qarşı yeni sanksiyalar hazırlamaq niyyətini açıqlayıb.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı 2023-cü il fevralın 24-dək Moskvaya qarşı yeni sanksiya məhdudiyyətlərini tətbiq etmək niyyətindədir ki, bu da Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının ildönümünə təsadüf edəcək. Bu barədə AFP Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə istinadən yazır.
“Aİ Rusiyaya qarşı yeni sanksiyaların fevralın 24-nə qədər hazır olmasını istəyir”, – deyə agentlik Avropa Komissiyasının rəhbərinin Ukraynaya səfəri zamanı söylədiyi sözlərə istinad edərək bildirib.
Xatırladaq ki, Avropa Parlamenti ərəfəsində Aİ ölkələrini “mümkün qədər tez” anti-Rusiya sanksiyaları paketini qəbul etməyə çağırıb, həmçinin Avropa İttifaqında bütün Rusiya biznesinə qadağa qoyulmasına və uran idxalını dayandırmağa çağırıb.
Şayəstə





