İŞİD silahlıları bu gün Suriyanın Rakka şəhərində ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinə məxsus döyüş təyyarəsini vurub.Avropa.info xəbər verir ki, İŞİD-ə məxsus tvitter səhifəsində yayılan məlumatda təyyarənin Rakka şəhərində İŞİD hədəflərini bombaladığı bildirilir.
Məlumatda təyyarənin Rakka şəhərindəki çaya düşdüyü və iordaniyalı pilot, leytenant Maaz al-Kısranın çaydan sağ şəkildə çıxarıldığı da qeyd olunur.
Hadisəylə bağlı fotolar da yayılıb.



