Ukrayna prezidenti iki “çox vacib Avropa inteqrasiya günü” elan edib.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski cümə axşamı, fevralın 2-də Kiyevdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşdüyünü deyib.
“Ukraynada iki çox mühüm Avropaya inteqrasiya gününə başlayırıq”, – deyə Ukrayna lideri şəklin altında öz Telegram kanalında yazıb.
Xatırladaq ki, hazırda Avropa Komissiyasının rəhbəri Kiyevdədir və o, fevralın 3-də cümə günü keçirilməsi planlaşdırılan Aİ-Ukrayna sammiti ərəfəsində Ukrayna hökuməti ilə birgə iclasda iştirak etmək üçün gəlib. Onunla birlikdə Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell və 14 əsas Avropa komissarı da Ukrayna paytaxtına gəliblər.
Şayəstə





