"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Kənd toyuğu” adı ilə satışa çıxarılan məhsullarla bağlı tədbir…

02 Fevral 2023 - 16:57
in CƏMİYYƏT

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparıb.
AQTA-dan Elchi.az-a verilən məlumata görə, monitorinq zamanı Gürcüstandan “Nazal-M” MMC tərəfindən ölkəyə idxal edilən “Poultry Georgiya” MMC-nin istehsalı olan, Belarus Respublikasından “Orion Qlobal” MMC tərəfindən gətirilən “Soliqorsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan və “AFM Construction” MMC tərəfindən idxal edilən “1-ci Minsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan ikinci sort toyuq məhsullarının “kənd toyuğu” adı altında satışının həyata keçirildiyi müəyyən edilib.
Monitorinq çərçivəsində idxal olunan toyuqlardan götürülən məhsulların etiket məlumatlarında “kənd toyuğu” yazılmaqla, istehlakçıların aldadılmasının qarşısının alınması və hüquqlarının müdafiəsi məqsədilə “Orion Qlobal” MMC, “Nazal-N” MMC və “AFM Construction” MMC-də plandankənar yoxlamalar aparılıb.
Yoxlamalar zamanı toyuq məhsullarının ticarət obyektlərindən geri çağırılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbirləri görülüb. Verilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar Agentliyin əməkdaşları tərəfindən ticarət obyektlərində təkrar monitorinqlər keçirilib. Bu çərçivədə ümumilikdə 1218.9 kq “kənd toyuğu” adı ilə dövriyyəyə buraxılan məhsul dərhal satışdan kənarlaşdırılıb, müəssisə rəhbərliyinə həmin məhsulun idxalçı şirkətə geri qaytarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Əlavə olaraq, sözügedən idxalçılar tərəfindən ümumilikdə 29799 kq “kənd toyuğu” sözləri qeyd edilmiş ikinci kateqoriyalı toyuq məhsullarının ticarət obyektlərindən geri qaytarılması və üzərində müvafiq dəyişikliklər edilərək yenidən satışa göndərilməsi təmin olunub.
Bununla yanaşı, “AFM Construction” MMC tərəfindən üzərində “Belarus kənd toyuğu” yazısı qeyd olunan 9000 kq məhsul partiyasının “MIN300” MMC-yə satıldığı müəyyənləşib. Həmin MMC-də aparılan plandankənar yoxlama çərçivəsində sahibkar tərəfindən toyuqların guya “geri qaytarılması” barədə saxta qaimə təqdim edilib. Aparılan araşdırmalarla “MIN300” MMC-nin təqdim etdiyi qaimənin saxta olması və toyuqların həmin şirkət tərəfindən mənimsənilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna məktub ünvanlanıb. “AFM Construction” MMC –nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb.
Məlumat üçün bildiririk ki, laborator sınaqları aparılan yuxarıda adları çəkilən məhsulların təhlükəsizlik göstəriciləri qida sahəsində texniki normativ hüquqi aktın tələblərinə uyğun olub.
Qeyd edək ki, AQTA qanunvericiliyə, o cümlədən öz əsasnaməsinə uyğun olaraq, ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi, istehlakçıların aldadılmasının qarşısının alınması istiqamətində ölkəyə idxal olunan, habelə satışda olan ət və ət məhsullarının dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir. Belə ki, keçirilən monitorinqlər zamanı avtomobillərin yük yerində, bazarlarda, ticarət şəbəkələrində mənşəyi məlum olmayan, müvafiq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən və baytarlıq sənədləri ilə müşayiət edilməyən, temperatur rejiminə, soyuq zəncir prinsipinə əməl olunmadan, etiketlənməsi qida sahəsində qanunvericiliyin tələblərinə cavab verməyən toyuq və toyuq məhsullarının satışının həyata keçirildiyi müəyyən edilir ki, belə olan hallarda həmin məhsulların satışının qadağan olunması və dövriyyədən yığışdırılması barədə icrası məcburi qərarlar qəbul edilir.
AQTA tərəfindən bundan sonra da avtomobillərin yük yerində, ticarət şəbəkələrində “kənd toyuğu” adı altında məhsulların satışı hallarına qarşı ciddi mübarizə tədbirləri görüləcək.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycandan Soçiyə bu tarixdən birbaşa reyslər açılır

Next Post

ABŞ Saakaşvilinin səhhətindən narahatdır

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
ABŞ Saakaşvilinin səhhətindən narahatdır

ABŞ Saakaşvilinin səhhətindən narahatdır

Rumıniya prezidentinin rəsmi qarşılanma mərasimi…

Rumıniya prezidentinin rəsmi qarşılanma mərasimi...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.