Vəzifəsində 100 günü geridə qoyan İngiltərə baş naziri Rişi Sunak maaş artımı tələbi ilə tətilə çıxan tibb bacılarını sevindirə bilməyəcəklərini söyləyib.
Elchi.az xəbər verir ki, Sunak tibb bacılarının maaşında böyük artımı etmək istədiyini, lakin vəsaitin digər sahələrə verilməli olduğunu bildirib.
Baş nazir, həmçinin inflyasiyanın qarşısını almaq üçün maaşlarla bağlı sabit qalmağın düzgün olduğunu deyib.
Tibb bacıları daha yüksək maaş almaq üçün tətillərə başlamazdan bir neçə gün əvvəl Sunak qeyd edib:
“Tibb bacıları pandemiya zamanı hamımız üçün inanılmaz iş gördükləri üçün onlara həqiqətən minnətdaram. Mən tibb bacılarına yüksək məbləğdə maaş verməyi sevirəm. Kim istəməz ki? Lakin hazırda milli səhiyyə sisteminə daxil olan pul indiyə qədərki ən böyük puldur, lakin biz onu bir çox fərqli yerə yatırmalıyıq. Daha çox həkim, daha çox tibb bacısı işə götürməliyik. Xərçəng xəstəliyini aşkar etmək üçün daha çox müayinə avadanlığına ehtiyacımız var”.
Sunak Baş nazir olmasının 100-cü günü münasibətilə “TalkTV”yə verdiyi müsahibədə tibb bacılarının parkinq haqqını öz üzərlərinə götürəcəklərini deyib.
Yeganə




