30 yaşlı Bobi adlı it Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı iti elan edilib.
Saf Rafeiro do Alentejo cinsindən olan Bobi, ən qədim yaşayan it tacını 23 yaşlı Çihuahua Spikedən aldı.
Elchi.az xəbər verir ki, Ginnes rəsmilərinə Bobinin varlığı barədə məlumat verilməzdən əvvəl Spike rekordçu kimi cəmi iki həftə keçirib.
Portuqaliyalı Bobi bütün həyatını Portuqaliyanın cənubundakı Conqueiros kəndindəki evlərində yedikləri yeməklə yedizdirdiklərini söyləyən Kosta ailəsi ilə keçirib.
Ginnesin Rekordlar Kitabının saytında yer alan məlumata görə, Bobi fevralın 1-nə kimi yer üzündə 30 il 266 gün keçirib.
Mühafizə itləri sinfindən olan Rafeiro do Alentejo cinsinin ömrü 12 ilə 14 il arasındadır.
Ən yaşlı it, Bluey (1910-1939) 29 il 5 ay yaşamış avstraliyalı mühafizə iti idi.
11 may 1992-ci ildə doğulduqdan sonra qeydiyyatda olduğu Leiria Bələdiyyəsinin Baytarlıq Xidməti Bobinin yaşını təsdiqləyib.
Bobinin yaşını Portuqaliya hökuməti tərəfindən tanınan heyvan məlumat bazası da təsdiqləyib.
Şayəstə





