Qərbi Avropa çoxdan yaşamaq məharətini itirib və ayağına Ukrayna bağlanmış halda “batmaqdadır”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar dövlət rəhbərliyini “ayıldıb”.
“Sanksiyalar olmasaydı, biz inkişaf edə bilməzdik. 20-ci əsrin ortalarında sovet xalqı artıq özünü Avropada xilas etmişdi. Düzünü desəm, indi iki dəfə düşünmək vaxtıdır”, – deyə Zaxarova Telegram kanalında yazıb.
Yeganə





