"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Mən Sarkisyanı anlayıram, amma bu, onu xilas etməyəcək” – MÜSAHİBƏ

24 Dekabr 2014 - 20:00
in MÖVQE

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

“Azərbaycanın xarici siyasət kursu yoxlanılmış və düzgündür”.1393914178-730
Suallara hərbi ekspert, ehtiyatda olan general, Azərbaycanda Ukrayna icmasının idarə heyətinin üzvü Vladimir Timoşenko cavab verir.
– Çərşənbə axşamı KTMT sammiti keçirilib, üzv ölkələrin prezidentləri ümumi təhlükələrə qarşıdurmaya dair səylərin konsolidasiyası məsələlərini müzakirə ediblər. Bu təşkilat, onun sərhədlərində mövcud geosiyasi vəziyyəti nəzərə alaraq təhlükəsizlik məsələlərində samballı rol oynaya bilərmi?
– KTMT – bu, üzv ölkələrin ümumi təhlükələrdən müdafiə strukturu deyil, bu, aqressiv strukturdur. Bu, Ukraynanın cənubi-şərqində baş verən hadisələrlə təsdiq edildi, üzv ölkələr bu hadisələrə yekdil münasibət göstərdilər.
Rusiya aqressiyasına beynəlxalq ictimaiyyət tərəfindən verilən qınayıcı qiymətləndirmə fonunda, bu ölkə öz qüvvəsini nümayiş etdirmək üçün bütün gücünü səfərbər edəcək.
– Ermənistan prezidenti Qarabaş münaqişəsi zonasında yaranan gərgin vəziyyətə və KTMT çərçivəsində Kollektiv aviasiya qüvvələrinin yaradılması imkanlarına diqqət çəkdi. Bu təşəbbüsün realizəsi mümkündürmü və o, bizə necə təsir edəcək?
– Müştərək aviasiyanın yaradılması haqqında bəyanat vermək onun dərhal yaradılacağına dəlalət etmir. Amma Cənubi Qafqazla qonşu olan region da daxil olmaqla əlavə bazaların yaradılması istiqamətində işlər gedəcək. Çünki Gürcüstan NATO-ya istiqamət götürüb, o, Moskvanın heç bir qərarını dəstəkləmir. Azərbaycan bu məsələdə neytral mövqedədir. Amma Azərbaycan Rusiyanın revanş addımlarını dəstəkləmir, nə Cənubi Osetiyanı, nə Abxaziyanı, nə də Dnestryanını tanımır. Bu gün beynəlxalq hadisələri qiymətləndirdikdə tez-tez Qarabağı xatırlayırlar. Hətta Ukraynada analoqlar apararaq, ölkənin cənubi-şərqini ikinci Qarabağa çevirmək istədikləri deyilir.
Mətbuat konfransında Amerikanın bütün dünyada öz bazalarını yerləşdirdiyi bir dövrdə Rusiyanın sülhsevərliyindən danışan Putin, yalnız Qırğızıstan və Tacikistanda olan bazaların adını çəkərək, onların mövcudluğunu Əfqanıstan hadisələri ilə əlaqədar olaraq orada hərbi iştirakın labüdlüyünü izah edib. Amma o, nədənsə Ermənistanda olan hərbi bazanı xatırlatmayıb.
Siz bilirsiniz ki, Rusiyanın strateji aviasiyası skandinaviya ölkələri, Baltika ölkələrinin ənginliklərində uçur. Bu, sülhsevərlik mövqeyindən deyil, qüvvə nümayiş etdirmə mövqeyindən irəli gəlir. Və bu gün Ukrayna tərəfindən blokdankənar statusdan etiraz etmə barədə qəbul edilmiş qərar Moskvanın narazıçılığına səbəb oldu, Lavrov artıq bəyan edib ki, bu qərar regionda gərginliyin azalmasına yardımçı ola bilmir.
Qeyd etdiyim kimi, öncə mən NATO-nun əksinə idim, amma Ukraynada baş verənlərdən sonra alyansla yaxınlaşma addımlarını alqışlayıram. Yalnız NATO ilə müttəfiq olduqda Azərbaycan, Gürcüstan və qalan qeyri-nüvə ölkələrinin təhlükəsizliyini təmin etmək olar. Rusiya bu gün güclü nüvə ölkəsi olması ilə qürrələnir. Amma onlar nə yaradırlarsa yaratsınlar, Azərbaycanın xarici siyasət kursu yoxlanılmış və düzgündür, hal-hazırda bizə ünvanlanmış təhlükə yoxdur. Yalnız hələ də Qarabağ münaqişəsinin həlli yolu tapılmayıb.
Gərginliyə gəldikdə isə, erməni prezidentinin sözləri barədə nə demək olar? O, əlbəttə ki, hər addımda yalan danışır. Heç bir azərbaycanlı əsgər Ermənistan tərəfə bir dənə də güllə atmayıb. Onlar bizi cavab addımlarına sövq edirlər, bundan sonra isə “sülhməramlı” bəyanatlarla çıxış edirlər. Anlayıram ki, Sarkisyan öz təhlükəsizliyini təmin etməyə çalışır, o bilir ki, Azərbaycan öz hərbi qüvvəsini yetişdirir. Ona görə də o, yaratmaq, yerləşdirmək, və s. kimi bəyanatlarla çıxış edir. Mən onu anlayıram, amma bu, onu xilas etməyəcək.
– Siz əminsiniz ki, Azərbaycan KTMT-də təhlükə görməməlidir?
– Dünyada vəziyyət sürətlə dəyişir, amma bu gün üçün heç bir təhlükə görmürəm. Azərbaycan yad ərazilərə iddia etmir. Biz nə tələb edirik – sadəcə yad qoşunların ərazimizdən çıxarılmasını. Ona görə də KTMT-də baş verənlər, heç bir halda Azərbaycana deyil, digər ölkələrə aiddir.
– Əgər KTMT bizim maraqlarımıza qarşı hər hansı bir qərar qəbul edərsə, Bakı təşkilatda, əsasən də Belarus və Qazaxıstanın simasında öz müttəfiqlərinin dəstəyinə ümid edə bilərmi?
– Xarici dəstək üçün Ermənistana KTMT lazım deyil. O, bu illər ərzində Rusiya ilə elə sənədlər imzalayıb ki, o yardım istədiyi halda Rusiya hər şeylə təmin edəcək. Belarus və Qazaxıstana gəldikdə isə onlar neytral mövqedədirlər. Amma onlar hamısı Rusiya ilə eyni iqtisadi ittifaqdadırlar və ondan asılıdırlar. Amma Azərbaycanın çəkinəcəyi heç nə yoxdur. Azərbaycan öz dövlətinin müdafiəsini möhkəmləndirməklə məşğuldur. Əgər dünya ictimaiyyəti bizim rayonlarımızın heç olmasa bir hissəsinin azad edilməsi üçün ilkin mərhələdə heç bir addım atmayacaqlarsa, o zaman bunu yaranan vəziyyətin tələb etdiyi kimi həll etməyin zamanı gəlib çatdığı an gələcək. Güclü və dünya ictimaiyyətinin dəstəyindən yararlandığımızı hiss etdikdə, Qarabağ məsələsinin müvafiq həllinə başlayacağıq.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ata Buş ölüm yatağında

Next Post

“Qarabağ” ilin klubu seçildi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post

"Qarabağ" ilin klubu seçildi

Öcalandan PKK-ya nikbin mesaj

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.