“Politico” nəşri yazır ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarında qanunu pozanlara qarşı cəzaları sərtləşdirən yeni Ukrayna qanunu ölkədə narazılıq yaradıb.
Elchi.az-ın Rusiya mediasına istinadən məlumatına görə, nəşr qeyd edib ki, qanuna qarşı petisiyaya 25 min nəfər imza atıb.
Qanun Reanimasiya Paketi İslahatlar Koalisiyası kimi insan haqları təşkilatları tərəfindən də tənqid edilib.
“Bu qanun cinayət törətməkdə təqsirləndirilən hərbçilərin hüquqlarının müdafiəsinə mənfi təsir göstərəcək və xidmət zamanı motivasiya səviyyəsini aşağı salacaq”, – təşkilat qeyd edib.
Onlar əlavə ediblər ki, bu cür dəyişikliklər insan hüquqlarının müdafiəsi və ölkənin müdafiə qabiliyyəti üçün risklər daşıyır. Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski tənqidlərə cavab olaraq deyib ki, döyüş hazırlığının açarı hərbi intizama riayət etməkdir.
Yeganə





