"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“AzerRos”dakı həlqə daralır

25 Dekabr 2014 - 09:34
in SİYASƏT

Qurum prezidenti Asif Məhərrəmova qarşı ittihamlar pik həddə çatıb; “Milyarderlər İttifaqı”nın odioz fiqurları isə növbədənkənar img1558503qurultayı boykot yolu seçiblər, ancaq… Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində parçalanma haqda xəbər vermişdik. Qeyd etmişdik ki, son vaxtlar dərinləşən ziddiyyətlər qurumun hazırkı prezidenti Asif Məhərrəmova qarşı etimadsızlığın irəli sürülməsi ilə nəticələnib.

Belə ki, noyabrın 14-də “AzerRos”un Federasiya Şurasının 7-ci iclası keçirilib və toplantıda Asif Məhərrəmovun, eləcə də İcra Aparatının 2013-cü ilin yanvarından 2014-cü ilin noyabrınadək olan dövrdə fəaliyyəti müzakirə olunub. Çıxışlarda Məhərrəmova qarşı konkret iradlar əksini tapıb, bildirilib ki, “Asif Məhərrəmov qurumu polis izolyatoruna çevirib”. Bu və başqa iradlar əsas gətirilərək hələn il yanvarın 17-də “AzerRos”un növbədənkənar qurultayını çağırmaq qərara alınıb və T.Hacıyevin başçılığı ilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
Xatırladaq ki, Asif Məhərrəmov Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini, “Milyarderlər İttifaqı”nın (RATİ) odioz üzvü və “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun adamı sayılır və bilavasitə onun təkidi ilə təşkilata prezident seçilib. Asif Məhərrəmovun özü də RATİ üzvüdür.
***
Qurumdaxili ziddiyyətlərin kəskin olmasını təsdiqləyən daha iki sənəd redaksiyamıza təqdim edilib. Onlardan biri T.Hacıyev və qurultaya hazırlıq üzrə təşkilat komitəsinin digər üzvləri tərəfindən “AzerRos” Federasiya Şurasının (FŞ) sədri Mehriban Sadıqovaya və hazırkı prezident Asif Məhərrəmova ünvanlanan bəyanatdır.
Bəyanatda FŞ-nin dekabrın 25-nə tələm-tələsik iclas təyin etməsinə və ən əsası, iclasın gündəliyinə etiraz edilir. İclas barədə qurum üzvlərinin cəmi iki gün qalmış xəbərdarlıq edilməsinə də sərt formada etiraz bildirilir. Ən önəmlisi, bəyanatda 25 dekabr iclasının gündəliyinə Asif Məhərrəmovun prezident postunda fəaliyyətinin legitim sayılması, müvafiq surətdə Şuranın 14 noyabr iclasının isə qeyri-legitim hesab edilməsi (artıq qeyd edildiyi kimi, həmin iclasda Məhərrəmova etimadsızlıq göstərilib və növbədənkənar qurultay qərarı çıxarılıb) pislənilir.
Bəyanat müəllifləri eyni zamanda qurultaya hazırlıq işlərinin başa çatmaqda olduğuna diqqət çəkir və ali tədbiri sabotaj cəhdlərinə görə Sadıqova və Məhərrəmovu ittiham edirlər. Sənəddə həmçinin, 14 noyabr toplantısının nəticələrini şübhəyə məruz qoymaq üçün “Məhərrəmovun nə hüquqi, nə də mənəvi haqqının olmadığı” xüsusi vurğulanır.
İkinci sənəd konkret olaraq T.Hacıyev tərəfindən eyni şəxslərə ünvanlanan müraciətdir. Müraciətdə bir daha Məhərrəmova etimadsızlıq göstərilməsinin səbəb və motivləri ətraflı şəkildə xatırlanır. Sitat: “Siz əla bilirsiniz ki, ötən qurultayda Məhərrəmova necə səs veriblər. Yada salın, nə qədər neqativ sözlər deyildi o zaman onun haqqında, milis işlədiyi vaxtlarda malik olduğu qüsurları və bəd əməlləri haqda… Onun haqda hansı müsbət rəy yarana bilər ki, işçilərinin yanında azərbaycanlıların üzərindən tankla keçəcəyini dəfələrlə bildirib??? İnsanlar Azərbaycan icmasına rəhbərlik edən, azərbaycanlılar barəsində isə ”bu millət deyil, ….-dir (ədəbsiz ifadə) və ya Elçibəy …-dir (ədəbsiz ifadə)” sözlərini işlədən şəxs haqda nə düşünə bilər? Belə ahıl yaşda öz millətinin ünvanlına kobud və əxlaqsız sözlər söyləyən adam haqda hansı fikir formalaşar? O, hansı millətdəndir?.. Axı sən kimsən, yoldaş Məhərrəmov?.. Onunla necə dialoq aparmaq olar ki, hamını özünün dostları – DİN və FSB-dəki (FTX-red.) generalları vasitəsilə haqq-hesab çürütməklə hədələyir?…”
***
Beləliklə, “AzerRos”a rəhbərlik uğrunda mübarizənin daha da şiddətləndiyi ortadadır. Yəqin ki, 25 dekabr toplantısı bu yöndə ehtirasları daha qızışdıracaq. Bəzi ehtimallara görə, qurumda son yaşananlar, 2013-cü ildə yaradılan RATİ-ni zəiflətmək planının tərkib hissəsi də ola bilər. Bir daha diqqətə çatdıraq ki, son prezident seçkiləri zamanı RATİ, o sırada onun fəal üzvləri olan Abbas Abbasov və Söyün Sadıqov Azərbaycan iqtidarına kifayət qədər başağrısı yaradıblar. İstisna deyil ki, “AzerRos” rəhbərliyində gedən proseslər həm də gələnilki parlament seçkilərinədək “Milyarderlər ittifaqı”nı zəiflədib təsirsiz hala gətirmək planının tərkib hissəsidir. Deyəsən, düyməyə artıq basılıb.(Musavat.com)

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BMT-nin əməkdaşı Ebola virusuna yoluxub

Next Post

2015-də “status-kvo”nu nə gözləyir?

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

2015-də "status-kvo"nu nə gözləyir?

Sarkisyanın varisi kim olacaq?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.