Şahzadə Harri mayın 6-da atası Kral III Çarlzın tacqoyma mərasiminə həyat yoldaşı Meqan Markl olmadan gələ bilər.
Elchi.az bu barıdı “Daily Mail” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, o, 48 saatlıq səfər üçün Böyük Britaniyaya gedə bilər, arvadı isə oğlu ilə Kaliforniyada qalır.
Nəşrdə qeyd edilib ki, Susseks hersoqu və xanımı tacqoyma mərasiminə dəvət olunacaq, lakin şahzadə Harrinin kral ailəsindəki çəkişmələrlə bağlı qalmaqallı xatirələrindən sonra onların dəvəti qəbul edib-etməyəcəyi məlum deyil.
Kral tarixçisi Hüqo Vikers III Çarlzın kiçik oğlunun indiki vəziyyətdə dəvəti qəbul etməyəcəyinə inanır. O, həmçinin Şahzadə Harrinin tacqoyma mərasimində iştirak etməyəcəyinə ümid etdiyini bildirib, çünki bu, ictimaiyyəti mərasimin özündən yayındıra bilər.
Xatırladaq ki, yanvarın 10-da Şahzadə Harrinin “Pulitzer” mükafatı laureatı Con Mehrinqerlə birgə yazdığı kitabı işıq üzü görüb. 416 səhifədən ibarət xatirələr “Ehtiyat” adlanır.
Yeganə




