“Daily Mail”in oxucuları “Zirkon” hipersəs raket sistemlərinin 2023-cü ildə Rusiya Silahlı Qüvvələrinin xidmətinə daxil olacağı xəbərinə münasibət bildirib.
Elchi.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Oxuculardan biri rusların bunun üçün Amerika hərbi büdcəsinin yalnız bir faiz hissəsini ayıraraq belə güclü sistemləri necə yarada bildikləri ilə maraqlanıb.
Digər oxucu yazıb ki, Putinin belə raketləri qəbul etməsi artıq Qərbin ağzını bağlayacaq.
Yanvar ayında “Reutov NPO Mashinostroeniya”nın baş konstruktoru Aleksandr Leonov 2023-cü ildə Hərbi Dəniz Qüvvələrinin “Zirkon” yerüstü hipersəs raketini istifadəyə verəcəyini açıqlamışdı. “Zirkon”larla təchiz olunmuş gəmilər quruda və dənizdə istənilən hədəfə güclü dəqiq zərbələr endirmək qabiliyyətinə malikdir. Bütün müasir və perspektivli hava hücumundan müdafiə sistemləri – raketdən müdafiə sistemləri onlara qarşı gücsüzdür.
Yeganə






