"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bəxtiyar Hacıyevin qardaşı danışdı: “Vəziyyəti ağırdır”

05 Fevral 2023 - 22:52
in XƏBƏR LENTİ

İnsan haqları fəalı Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında 28 gündür aclığı davam etdirir. O, həbsinə etiraz və bütün siyasi məhbuslara azadlıq tələb edir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Fevralın 5-də Bəxtiyar Hacıyev təcridxanadan ailəsinə telefonla zəng edib.

Elchi.az xəbər verir ki, fəalın qardaşı Vüqar Hacıyev “Turan” agentliyinin müxbirinə deyib ki, səhhəti əvvəlki kimi ağır və kritik olaraq qalır.

“Səsi çox zəif idi. O dedi ki, dünən tibb elmləri doktoru Adil Qeybullanın iştirakı ilə 5 saat ərzində ətraflı müayinə ediblər. Adil Qeybulla onun səhhətini qeyri-kafi qiymətləndirib. Mən ondan xahiş etdim ki, günlər keçdikcə səhhəti daha da pisləşir, aclığı dayandırsın. O razılaşmadı və sonadək aclığı davam etdirəcəyini bildirdi.”

Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində saxlanılır.

“O, Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülməsini istəyir. Çünki təcridxananın tibb-sanitar hissəsində o qədər də yüksək tibbi xidmət göstərilmir. Amma dünən həkim müayinəsindən sonra tibb müəssisəsinə köçürülməsi məqsədə müvafiq hesab olunmayıb”,-o qeyd edib.

adilqeybulla.jpg (31 KB)

Dünən, fevralın 4-də Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə edib.

“Onun səhhəti aclıq aksiyasına uyğundur. Aclığının 27-ci sutkasıdır. Çəki itirib, halsızdır. Başgicəllənmələri, baş ağrıları, mədə ağrıları var, gəzməyində çətinlik çəkir, ümumi zəifliyi var. Bədəndə su itkisi olduğuna görə, adekvat qaydada bədənin sanki quruması baş verir. Çəki itirilməsinə səbəb olan əsas amillərdən biri budur. Əlbəttə lazımi tədbirlər görülməlidir ki, onun bu vəziyyəti dərinləşməsin. Amma komunakabellidir, huşu aydındır”.

Həkim bildirib ki, Bəxtiyar Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi hələ gündəlikdə deyil.

“Onun huşu aydındır. Mən onun səhhətini nəzarətə götürmək fikrindəyəm. Lazım olan tədbirlər hələ təcridxananın tibb-sanitar hissəsində həyata keçiriləcək”.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 28 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə ötən il dekabrın 10-dan 28-dək, 14 gün aclıq edib

Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kərə yağının qiyməti kəskin bahalaşdı – Video

Next Post

Sergey Lavrov İraqa səfər edib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Sergey Lavrov İraqa səfər edib

Sergey Lavrov İraqa səfər edib

Keyn “Tottenhem”in rekordçusu oldu

Keyn “Tottenhem”in rekordçusu oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.