Varşava ABŞ prezidenti Co Baydenin səfərindən sonra Vaşinqtondan əlavə silah istəmək niyyətindədir.
Elchi.az Rusiya mediasına istinadən bildirir ki, bu açıqlama ilə Polşa Prezidenti Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç çıxış edib.
O, “TVN” kanalında Polşa da daxil olmaqla NATO-nun şərq cinahına əlavə dəstək gözlənildiyini deyib.
Pşidaç Amerikanın hərbi və hərbi-texniki mövcudluğunu və hər şeydən əvvəl bu ölkədən silah əldə etməyi sürətləndirməyi nəzərdə tutur.
Büro rəhbərinin qeyd etdiyi kimi, ABŞ Ukraynaya çoxlu silah göndərib və indi silah ehtiyatlarını artırmağa məcburdur. Bu kifayət qədər olmalıdır ki, bütün ölkə özünü təhlükəsiz hiss etsin.
Yeganə





