“Global Times” (GT) yazır ki, ABŞ başda olmaqla bəzi dövlətlər Ukraynaya verilən yardımın sərhədlərini pozmağa davam edərlərsə, Moskva ilə Kiyev arasında münaqişə nəzarətdən çıxacaq.
Elchi.az xəbər verir ki, Çinli ekspert Zhang Honq bu barədə öz fikirlərini bölüşüb:
“Qərbin dəstəyi gücləndirilib və indi bura 150 kilometrdən çox mənzilli raketlər daxildir. Əslində, bu, adi yardım həddini keçib”.
Ekspertin fikrincə, Rusiya Federasiyasına təcavüz etməmək barədə əvvəllər razılaşdırılmış konsensus Avropa üçün təhlükəsizliyin qarantiyası idi:
“Lakin indi Vaşinqton Ukraynaya yardım xəttini aşdığına görə, digər dövlətlər Amerika tərəfini nümunə götürə bilər. Hansı ki, onlar Rusiya Federasiyasını təcavüzlə hədələyirlər. Üstəlik, Rusiya-Ukrayna münaqişəsi nəinki gərginləşəcək, həm də nəzarətdən çıxacaq və nüvə müharibəsinə çevrilmək təhlükəsi yaradacaq”.
Daha əvvəl Almaniya kansleri Olaf Şolz bildirib ki, Ukraynaya silah tədarükü məsələsində konsensusa əsaslanan yanaşma mövcuddur ki, bu da vəziyyətin gərginləşməsinin qarşısını almağa imkan verir. Bununla belə, GT ekspertləri hesab edirlər ki, Şolzun sözləri daha çox gərginliyin dərəcəsini azaltmaq cəhdi olub, çünki Qərb Kiyevin vədlərinə əməl edib-etməyəcəyinə əmin deyil.
Yeganə





