"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ailəsi mənimlə evlənməyinə razı olmadı” – Günellə müsahibə+fotolar

25 Dekabr 2014 - 11:26
in ŞOU

Bir neçə ildir Amerikaya köçən aparıcı Günel Musəvi bu yaxınlarda Bakıya gəlib.34523_y1yea0ksb4

Elchi.az Axşam.az-a istinadən onunla  müsahibəni təqdim edir.

– Qürbətdə həyat necə keçir?

– İlk vaxtlar adaptasiya prosesi, başqa mədəniyyətə isinmək, onu qəbul etmək böyük psixoloji gərginliyə səbəb oldu. Birinci il mən və ailə üzvlərimiz üçün depressiya ilə keçdi. Çox gülünc olsa da, hətta Bakıdakı ağaclar üçün darıxırdım. Parka baxırdım, deyirdim, yox, bizim ağaclar başqadır və başlayırdım ağlamağa. Qürbət insanı sındırır. Hər şey o qədər təsir edir ki… Sınandan sonra isə həyata daha möhkəm bağlanırsan. Mən heç vaxt çətinlik görməmişəm. Evim, hər bir şəraitim olub. Həmişə hazıra nazir yaşamışam. Amerikaya gedəndə də sıfırdan başlamadım. Amma orada Günel Musəvi yox, sadəcə Günel var idi. Telefonu qaldırıb kiməsə zəng vurub nəsə istəyə bilməzdim. Zamanla buna öyrəşdim.

– Bu müddət ərzində nələr etdiniz?

– Universitetə daxil oldum, uşaq psixologiyası fakültəsini bitirdim. www.everyazeri.com adlı internet sayt yaratmışam.Burada xanımlarımız müxtəlif mövzularla bağlı fikirlərini, təcrübələrini bölüşürlər, həyat hekayələrini paylaşırlar. Məqsəd xaricdə yaşayan Azərbaycan xanımlarına özlərini tanıtmaq şansı vermək, həm də onları bir araya yığmaqdır. Sayt ingilis və Azərbaycan dillərində fəaliyyət göstərir.

– Psixoloq peşəsi sizə çətin gəlmir?

– Bir müddət bu sahədə çalışdım. Mən nikbin əhval-ruhiyyəli, pozitiv insanam. Bu isə depressiya gətirən iş idi. Gördüm ki, mənlik deyil, getdikcə daha da depressiyaya düşürəm. Psixoloq kimi uşaqlarla söhbət etdikcə ürəyim ağrıyırdı. Daha sonra qərar verib bu peşədən ayrıldım.

– Bakıya gəlişinizin səbəbi nədir?

– Bibi olmuşam. Yeni doğulan körpəmizi görmək üçün gəldim. Həmçinin dostlarımla görüşürəm. Yeni ili qeyd etdikdən sonra qayıdacağam.

– Azərbaycanı niyə tərk etdiniz?

– Ailəm Amerikaya köçüb: atam, anam, bacım və iki qardaşım. Burada yalnız bir qardaşım qalıb. Mən də özümü Bakıda tənha hiss etdim və onların yanına getdim. Buralar üçün darıxıram. Vətənin yerini heç nə vermir. Mən çalışıram bu vəziyyətə başqa cür yanaşım: məsələn, qız gəlin köçür və hərdən ana evinə gedir. Özümü belə bir halda təsəvvür edirəm. Burada mənə çətin idi. Ailəm olmadan sanki boşluqdaydım. Mənim üçün Vətən elə ailənin olduğu yerdir.

– Telekanallardan aparıcılıq təklifləri almısınız?

– Təkliflər olsa da, maraq göstərmirəm. Onlar da bilirlər ki, mən burada qalan deyiləm. Ona görə də, bu məsələnin çox üstünə getmirlər. “Youtube”da “Every Azeri” adlı kanal yaratmışam. Səfər etdiyim bütün ölkələrdən videolar çəkib oraya yerləşdirirəm. İndi də Bakıda hər yerə kamerayla gedirəm. Qısa çarxlar hazırlayıb, internetə yerləşdirəcəyəm. Bu, mənim mənəvi qidamdır. Qarşılığında maddi heç nə gözləmirəm. Tamaşaçıların bu videolara baxması, dəyər verməsi mənim üçün ən böyük hədiyyədir.

– Amerika ilə müqayisə etsək, bizim telekanallarda, aparıcılarda nə çatışmır?

– Aparıcılarımız çox məlumatsızdırlar, öz üzərlərində işləmirlər. Üzərində işləmək manikür-pedikür, daim brend arxasınca qaçmaq yox, kitablar oxumaq, xəbər bazasını genişləndirməkdir. Peşəkar, dilotu yeyib, çox danışandır? Yoxsa, lazımi məlumatı qısa, anlaşılan formada verən? Azərbaycan aparıcıları arasında bunu ayırd edə bilmirəm. Bizdə peşəkarlar çox azdır. Bəzi kanallarda böyük layihələr yayımlanır. Amma çəkiliş prosesi, işə münasibət, davranış qaydaları, bir sözlə, mətbəx olduğu kimi qalıb. İnkişaf etmək üçün xaricə getmək, təcrübə toplamaq lazımdır.

– Bakı dəyişib?

– Dekorasiya baxımından bəli. Bakı olduqca gözəldir. Hətta dünyanın ən möhtəşəm şəhərləri siyahısına daxil ola bilər. Amma cəmiyyət necə var idisə, elə də qalıb.

– Ailə qurmağı düşünmürsünüz?

– Düşünürəm… Namizədlər həmişə olub. Mənim bir xasiyyətim var. Hər şeyə ürəkdən yanaşıram. Evlilik də ciddi addımdır. Ailə həyatı mənə status üçün lazım deyil. Adət-ənənələr, “30 yaşın oldu evdə qaldın”, “mütləq ərə getməlisən” kimi düşüncələr məni narahat etmir. Mən anamın, başqalarının istəyinə görə ailə qurmuram. Elə insanla birlikdə olmalıyam ki, ona özümü bəxş edə bilim. Həyatımla oyuncaq oynayan deyiləm ki… Mənim missiyam kiminsə arzusunu yox, öz ürəyimin istəyini yerinə yetirməkdir. Sevdiyim insanla ailə həyatı qurmaq istəyirəm. Əgər belə biri olsa, onunla hətta Afrikanın kəndində belə yaşayaram. Əcnəbiyə ərə getmərəm. Məni öz həmyerlilərim cəlb edir. Bir vaxtlar sevdiyim olub, amma mənimlə evlənmədi. Amerikada yaşayan azərbaycanlı idi. Ailəsi buna razı olmadı.

– Valideynlərin ailə qurarkən övladlarının seçiminə müdaxilə etməsinə necə baxırsınız?

– Çox pis… İndi sevinirəm ki, o insanla ailə qurmadım. O qədər seçimimə sahib çıxanam ki, heç kim, hətta anam-atam da qarşımda dura bilməz. Məni sevən başqasının qarşısında baş əyirsə, sevgisini qoruya bilmirsə, o, mənə lazım deyil. Valideyn övladın sevgisinə mane olmaqla onu bədbəxt edir. Böyüklər məsləhət verməlidir, amma qabağını kəsmək, “ya o, ya bu” seçimi ilə üzləşdirmək düzgün deyil.

Zəhra ƏHMƏDOVA

Foto: Bəhruz ƏLİZADƏ

Bunu da oxuyun

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Elton Con xəstəxanaya yerləşdirilib

Hadisə bu tarixdə Bakıya gəlir

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nəsimilik

Next Post

Yol polisi cərimələrinin ödənişi asanlaşdırılır

Bənzər yazılar

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Elton Con xəstəxanaya yerləşdirilib

Elton Con xəstəxanaya yerləşdirilib

28 Avqust 2023 - 16:44

Müğənni və bəstəkar Elton Con xəstəxanaya yerləşdirilib. Məlumata görə, müğənni dəniz kənarındakı evində yıxılaraq Monako xəstəxanasına yerləşdirilib. Elton Conun gecə...

Hadisə bu tarixdə Bakıya gəlir

Hadisə bu tarixdə Bakıya gəlir

20 Avqust 2023 - 17:51

Türkiyənin məşhur ulduzu, mahnıları ilə bir çoxlarının sevimlisi Hadisə 26 avqust tarixində Dalğa Fest - də səhnə alacaq. Elchi.az xəbər...

Britni Spirs və əri Sem Əsgəri boşanır

Britni Spirs və əri Sem Əsgəri boşanır

17 Avqust 2023 - 15:48

Dünyaca məşhur müğənni Britni Spirs və əri Sem Əsgəri boşanır. İddialara görə ayrılığa səbəb, müğənninin xəyanəti olub. Bildirilir ki, təxminən...

Next Post

Yol polisi cərimələrinin ödənişi asanlaşdırılır

Moskvanın şimal-qərbində karantin elan edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.